Slimfit
  1. TÜRKİYƏ

Ərdoğan Türkiyə vətəndaşlarını Fransa istehsalı olan məhsulları almamağa çağırıb

Ərdoğan Türkiyə vətəndaşlarını Fransa istehsalı olan məhsulları almamağa çağırıb
Sakura

Ərdoğan Türkiyə vətəndaşlarını Fransa istehsalı olan məhsulları almamağa çağırıb

"Avropada müsəlmanlara aid iş yerləri, evlər, məktəblər demək olar hər gün faşist təşkilatların hücumuna məruz qalır".

Ens.az APA-nın yerli bürosununa istinadən xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məhəmməd peyğəmbərin mövludu həftəsinin açılışında çıxışı zamanı deyib.

“Necə ki, Fransada Türkiyə istehsalı olan məhsulları almayın deyirlərsə, mən də buradan millətimə səslənirəm. Fransız məhsullarını satın almayın”, - deyə Ərdoğan vurğulayıb.

Ərdoğan qeyd edib ki, bu günlərdə islam dünyası çox çətin günlər yaşamaqdadır: “Qərb dövlətlərində müsəlmanlara qarşı hüquq pozuntuları adi hal alıb. Etnik və dini kimliyinə görə şiddətə məruz qalan milyonlarla müsəlman qardaşımız var. Bütün bunlar dünyanın gözü qarşısında baş verir. Xüsusilə xristian dünyasına, yəhudilərə çağırış edirəm. Biz xristiana da, yəhudiyə də sahib çıxırıq. Dünya liderlərinə səslənirəm. Gəlin Fransada, Almaniyada zülmə məruz qalan müsəlmanlara da sahib çıxaq. Müsəlman qadınlar geyimlərinə görə təzyiqlərə məruz qalırlar, uşaqların təhsil haqları əllərindən alınır. Hər gün müsəlmanlara hücum xəbərlərini eşidirik. Qərb siyasətçiləri daxili və xarici siyasətlərindəki uğursuzluqlarının səbəbini müsəlmanlarla əlaqələndirirlər. Müsəlmanları düşmən elan etməklə, heç bir qazanc əldə edə bilməyəcəksiniz. Bu yolun sonu fəlakətdir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR