Slimfit
  1. DÜNYA

Ərdoğan Trampa Türkiyə məhkəmələrinin müstəqil işlədiyini xatırladıb

Ərdoğan Trampa Türkiyə məhkəmələrinin müstəqil işlədiyini xatırladıb
Sakura

Ərdoğan Trampa Türkiyə məhkəmələrinin müstəqil işlədiyini xatırladıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa müraciət ünvanlayaraq ölkəsində bütün məhkəmələrin müstəqil fəaliyyət göstərdiyini xatırladıb.

Report” xəbər verir ki, o bu barədə "Twitter"dəki mikrobloqunda yazıb.

"Hörmətli prezident Tramp, həmişə qeyd etdiyim kimi, Türkiyə məhkəməsi öz qərarını müstəqil verib. Ümid edirəm ki, ABŞ və Türkiyə müttəfiqlərə layiq bir şəkildə əməkdaşlığını davam etdirəcək və terror təşkilatları ilə birgə mübarizə aparacaq", - deyə Ərdoğan yazıb.

Bundan əvvəl Tramp bildirib ki, Amerika tərəfi Türkiyə ilə keşiş Endryu Bransonun azad olunması üçün heç bir razılaşma əldə etməyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR