Dərc edildi: Baxış sayı: 109
Ərdoğan: Suriya terrorçulardan təmizlənməlidir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Ciorcia Meloni ilə telefonla danışıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki, tərəflər regional və qlobal məsələləri, o cümlədən Suriyadakı son hadisələri müzakirə ediblər.
Ərdoğan Türkiyənin sülh, azadlıq, dialoq tərəfdarı olduğunu, Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini qeyd edib.
"Suriya terrorçulardan təmizlənməlidir", - Türkiyə Prezidenti bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət