Ərdoğan Sinan Oğanın onu dəstəkləməsindən danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ata İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğanın onu dəstəkləməsinə münasibət bildirib.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-nin canlı yayımında deyib.
“Bu bizim gözləntimiz idi. Müxalifətin Sinan bəyə qarşı qaralama kampaniyası aparacağını gözləyirdik. Amma Sinan bəy açıqlaması ilə mövqeyini ortaya qoydu. Mayın 28-də millətimin mövqeyi Sinan bəyin mövqeyi ilə birləşəcək. Ümid edirəm ki, yerli və milli anlayışla ikinci dövrə girəcəyik”, - deyə Ərdoğan vurğulayıb.
Qeyd edək ki, ATA İttifaqının Türkiyə Prezidenti postuna namizədi Sinan Oğan ikinci turda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət