Slimfit
  1. DÜNYA

Ərdoğan razılaşdı: Gələn ay Trampla görüşə gedir

Ərdoğan razılaşdı: Gələn ay Trampla görüşə gedir
Sakura

Ərdoğan razılaşdı: Gələn ay Trampla görüşə gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

Liderlərin ikitərəfli əlaqələrlə yanaşı, Fəratın şərqində planlaşdırılan təhlükəsiz bölgə ilə bağlı müzakirə apardığı deyilib.

“Cənab Prezidentimiz PKK-YPG terror qruplaşmalarının aradan qaldırılması və suriyalı qaçqınların ölkələrinə qayıtmalarını təmin edəcək təhlükəsiz zonanın yaradılmasını şərt olduğunu bildirib. ABŞ-ın hərbi və təhlükəsizlik bürokratiyasının iki ölkə arasında razılaşdırılmış öhdəliklərin yerinə yetirməməsindən dolayı narahatlıq cənab Trampa çatdırılıb. Cənab Trampın dəvəti ilə liderlər növbəti ay Vaşinqtonda görüş keçirməyi qərara aldılar”, - məlumatda bildirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR