Dərc edildi: Baxış sayı: 213
Ərdoğan Putinlə müzakirə etdiyi məsələləri açıqlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda Rusiya lideri Vladimir Putinlə müzakirələr aparıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, danışıqlar zamanı taxıl dəhlizinin bərpası, Ukrayna münaqişəsində əsir mübadiləsi və Qara dənizdə minatəmizləmə məsələləri müzakirə edilib.
"Hazırda əsirlərin mübadiləsi ilə bağlı addımları diqqətlə izləyirik. Mövcud problemlərin diplomatik yolla həlli üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Qeyd edək ki, tərəflər arasında görüş Kazanda BRICS sammiti çərçivəsində oktyabrın 23-də baş tutub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət