Slimfit
  1. DÜNYA

Ərdoğan: "Putinlə hər zaman əlaqə saxlayacağam"

Ərdoğan: "Putinlə hər zaman əlaqə saxlayacağam"
Sakura

Ərdoğan: "Putinlə hər zaman əlaqə saxlayacağam"

"S-400 artıq bizim malımızdır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskva səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.

AzNews.az həmin suallardan bir neçəsini təqdim edir:

"- Bizim Rusiya ilə münasibətlərimiz 5 il idi ki çox yaxşı davam edirdi. Siz də məmnun idiniz. Türkiyə də bundan həm iqtisadi, həm də siyasi cəhətdən avantaj əldə etdi. Nə baş verdi ki, dekabr ayından etibarən Putinin rəftarı dəyişdi?

- Əslində çox dəyişiklik olmadı. Bəzən beynəlxalq münasibətlərdə buna bənzər məsələlər ola bilir. Bəlkə də bu, Rusiya ilə ən son düşünəcəyimiz məsələ olar. Səbəbini soruşsanız, deyə bilərəm ki, hazırda Rusiya ilə olan münasibətlərimiz heç nəyə bənzəməz. Çünki bir tərəfdən müdafiə sənayesində, bir tərəfdən nüvə enerjisi sahəsində, bir tərəfdən Türk Axını, bir tərəfdən də turizm barədə atdığımız addımlar... Əlbəttə, bunlar çox, çox vacibdir. İkitərəfli münasibətlərimizin gəldiyi bu nöqtədə əlavə olaraq üçüncü ölkələrdə birlikdə ata biləcəyimiz addımları planlaşdırdığımız dövrü yaşayırıq. Yəqin ki, ona görə aramızdan qara pişiklər keçmiş ola bilər.

- Bu, İsrail ola bilər?

- Xeyr. O qədər zəif deyil.

- Suriyada müşahidə məntəqələrimiz var. Onların vəziyyəti necə olacaq?

- Məlum olduğu kimi 12 müşahidə məntəqəsi var. Təbii ki, bu müşahidə məntəqələri bizim üçün çox vacibdir. Hazırda hər hansı dəyişiklik nəzərdə tutulmur.

- Atəşkəs əldə edildi. Ancaq razılaşma əldə edilsə də mübarizə və müzakirədən ibarət prosesin başladığını görürük. Bu çərçivədə İdlib böhranı tamamilə bitdi deyə bilərik?

 

- Biz hazırda o işi təmin etmişik. Cənab Putinlə hər zaman əlaqə saxlayacağam. Münasibətlərimizi davamlı olaraq canlı saxlayacağıq. Problem olan kimi müdaxilə edəcəyik.

- Cənab Putinlə baş tutan telefon danışığında “Əsədlə aradan çəkil, rejimlə bizi təkbətək burax” dediyinizi bildirmişdiniz. Bugünki görüşdə bu ifadə gündəmə gəldi?

- Bu məsələ həll olunduqdan sonra belə bir şeyi deməyim mənası qalmadı.

- Rusiya keçmişdə həssas məsələlərdə verdiyi sözlərə əməl etməyib, öhdəliklərini yerinə gətirməyib. Bu cür vəziyyət Liviyadan Suriyaya qədər olan ərazidə yenə Türkiyənin təhlükəsizliyinə problem yaradacaq? Bu cür siyasi gedişlər Rusiya Federasiyası ilə S-400 kimi vacib layihələrə təsir edə bilər?

- S-400 artıq bizim malımızdır. Bununla bağlı təlimlər də davam edir. Aprel ayından etibarən aktivləşəcək. Dünən də səlahiyyətlilərinə “Amerikalılara “Əgər satsanız, biz sizdən də Patriot alarıq” dediyimi bildirdim.

 

Pərvanə

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR