Ərdoğan Putinə təcili zəng etdi - Kritik müzakirə
Türkiyə lideri Ərdoğanla rusiyalı həmkarı Putin arasında növbəti telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Kreml rəsmi açıqlama yayıb.
Bildirilib ki, telefon danışığı Türkiyə tərəfinin istəyi ilə baş tutub.
“Liderlər 8 yanvarda İstanbulda qəbul etdikləri qərarla bağlı növbəti müzakirə aparıblar. Liviyadakı situasiya danışıqların prioritetini təşkil edib. Rusiya və Türkiyənin Liviyadakı vəziyyətin siyasi danışıqlar yolu ilə nizamlanmasını dəstəklədikləri bir daha vurğulanıb”, - məlumatda bildirilib.
Prezidentlər qərara alıblar ki, Liviya və Suriya ilə bağlı daimi əlaqə saxlasınlar.
Qeyd edək ki, 8 yanvarda Ərdoğan və Putin Liviyadakı tərəflərə atəşkəs müraciəti etmişdi. Liviya Milli Razılıq Hökuməti bu çağırışı qəbul etsə də, Rusiyanın təsir imkanının olduğu Xəlifə Haftar atəşkəsdən imtina etdiyini açıqlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət