Dərc edildi: Baxış sayı: 322
Ərdoğan Putin ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Rusiya Prezidenti Vladimir Putin ilə görüşümüzdə Cənubi Qafqazda olan son vəziyyəti müzakirə etdik
Ens.az Trend -ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin ilə birgə keçirdiyi mətbuat konfransda deyib.
"Bölgədə sülhün təmin olunması üçün işlərimizə davam edirik. Münaqişələrin başa çatmasına ümid edirik. V.Putin ilə görüşümüzdə Cənubi Qafqaz, Suriya və Liviyadakı vəziyyəti müzakirə etdik", - deyə R.T.Ərdoğan əlavə edib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərinə yollanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət