Slimfit
  1. DÜNYA

Ərdoğan nöqtəni qoydu: Türklərin qanını axıdanlar...

Ərdoğan nöqtəni qoydu: Türklərin qanını axıdanlar...
Sakura

Ərdoğan nöqtəni qoydu: Türklərin qanını axıdanlar...

Şərqi Aralıq dənizində kəşfiyyat-qazıntı işlərini eyni qətiyyətlə davam etdirəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri Ersin Tatar ilə görüşündə deyib.

“Öz hüquqlarımızı necə müdafiə ediriksə, Kipr xalqının da adadakı və bölgədəki mənafeyini eyni şəkildə müdafiə etməyə davam edəcəyik. Kipr probleminin yaranması və bu günə qədər davam etməsi tamamilə yunanların uzlaşmaz mövqeyindən qaynaqlanıb.

Dünən Kipr türklərinin qanını axıdaraq adanı ələ keçirməyə çalışanlar bu gün də siyasi və iqtisadi hücumlarla eyni məqsədi güdürlər. Kiprin yunan tərəfi həqiqi və səmimi biz razılaşmaya gələrsə, o zaman adada hər kəsin gözlədiyi həll yolu açılar. Şərqi Aralıqda Türkiyəni və Şimali Kipr Türk Cümhuriyyətini yox sayan heç bir layihə həyata keçirilə bilməz. Baş verənlərdən hələ də dərs almayanlar varsa, onlara da lazımi cavabı verməkdən çəkinməyəcəyik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR