Dərc edildi: Baxış sayı: 293
Ərdoğan: "Kimsə Türkiyəni təhdidlər və riyakar oyunlarla məğlub edə bilməz"
Kimsə Türkiyəni təhdidlər və riyakar oyunlarla məğlub edə bilməz.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) bələdiyyə sədrliyinə namizəd tanıtma mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, üçüncü güclər PKK, İŞİD kimi terror təşkilatlarından Türkiyə əleyhinə istifadə edirlər: “Amma bizə qarşı edilən cəhdlər boşa çıxır. Bunu bir neçə dəfə göstərmişik. Kimsə bizi yolumuzdan döndərə bilməyəcək”.
R.T.Ərdoğan söyləyib ki, kimsə Türkiyəni təhdidlərlə və riyakar oyunlarla məğlub edə bilməz: “Bir əsr əvvəl olduğu kimi, yenə də bunu göstərəcəyik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət