Dərc edildi: Baxış sayı: 477
Ərdoğan: İstanbuldakı sammit Suriya faciəsinin bitməsinə təkan verdi
Türkiyə, Rusiya, Almaniya və Fransa prezidentlərinin sammiti Suriya faciəsinin bitməsinə təkan verdi, münaqişəni hərbi yolla həll etmək olmaz.
Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən sammitin yekunları üzrə mətbuat konfransında bildirib.
Türkiyə prezidenti deyib: "Bizim məqsədimiz atəşkəsi təmin etmək idi, həmçinin siyasi nizamlanmanı müzakirə etmək imkanımız oldu. Suriyadakı böhran beynəlxalq problem olub. Astana bizim üçün nümunə oldu, burada biz öz səylərimizi davam etdirdik və Suriya probleminin hərbi yolla həllinin olmadığı barədə fikirlərimizi təsdiqlədik".
Rəcəb Tayyob Ərdoğan vurğulayıb ki, hamı Suriyadakı faciəni bitirmək üçün mübarizə aparmalıdır: "Düşünürəm ki, biz bu sammitdə buna təkan verdik. Digər ölkələri bu səyləri dəstəkləməyə çağırıram".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət