Dərc edildi: Baxış sayı: 578
Ərdoğan İstanbulda təkrar bələdiyyə seçkilərində səs verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində səs verib.
Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.
Qeyd edək ki, bu gün İstabulda təkrar bələdiyyə seçkiləri keçirilir.
Əsas mübarizə Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım və Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu arasında gedir.
Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizdə olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs qazanıb.
Hakim partiya İstanbulda səsvemənin nəticəsinə etiraz edib və seçkilərin təkrar keçirilməsi barədə qərar qəbul edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət