Dərc edildi: Baxış sayı: 401
Ərdoğan İspaniyanın baş naziri ilə Qəzzanı müzakirə etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İspaniyanın baş naziri Pedro Sançes arasında telefon danışığı olub.
Ens.az Trend -ə istinadən xəbər verir ki, danışıq zamanı İsrail-Fələstin qarşıdurması, Qəzzaya humanitar yardımların fasiləsiz çatması, eləcə də, daimi atəşkəs və sülh üçün atılacaq addımlar müzakirə edilib.
Prezident Ərdoğan görüşdə İspaniya hökumətinin İsrail-Fələstin qarşıdurması ilə bağlı mövqeyinin dəyərli olduğunu bildirib.
Ərdoğan Türkiyənin bölgədə daimi sülhün təmin edilməsi, ölkəsinin qarant kimi hər cür məsuliyyəti öz üzərinə götürməsi də daxil olmaqla İspaniya ilə birlikdə çalışmağa hazır olduğunu bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət