Slimfit
  1. SİYASƏT

Ərdoğan İlham Əliyevlə Qazaxıstanı müzakirə etdi

Ərdoğan İlham Əliyevlə Qazaxıstanı müzakirə etdi
Sakura

Ərdoğan İlham Əliyevlə Qazaxıstanı müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, liderlər Qazaxıstandakı son hadisələri müzakirə ediblər.

Türkiyə dövlət başçısı Qazaxıstanda baş verən olayları diqqətlə izlədiyini və Qazaxıstanla həmrəy olduğunu qeyd edib.

Danışıqlar zamanı Ərdoğan Qazaxıstanın yeni hökumətinin tezliklə formalaşmasına ümid etdiyini bildirib.

"Türkiyə lazım gələrsə, Qazaxıstanla təcrübə və texniki biliklərini bölüşməyə hazırdır", - Ərdoğan söyləyib.

Bundan əlavə, Ərdoğan Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin digər liderləri ilə də telefon danışığı aparıb.

Həmçinin, Türkiyə prezidenti Azərbaycan, Qırğızıstan və Özbəkistan dövlət başçıları İlham Əliyev, Sadır Japarov və Şövkat Mirziyayevlə söhbəti zamanı Qazaxıstanın dialoq vasitəsilə problemlərin öhdəsindən gələcəyinə əmin olduğunu ifadə edib.

Qeyd edək ki, hazırda təşkilata məhz Türkiyə sədrlik edir.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR