Ərdoğan: "II Bakı sammitinin uğurla keçməsini arzu edirəm"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya liderlərinin II Bakı sammiti iştirakçılarına məktub ünvanlayıb. SİA-nın xəbərinə görə, təbrik məktubunu Türkiyənin Diyanət işləri başkanı Ali Ərbaş oxuyub.
Məktubda deyilir: "Hörmətli, dəyərli Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri, dəyərli dostum, qardaşım Azərbaycan Prezidenti hörmətli İlham Əliyevin “Dünya dini liderlərinin II Bakı Sammiti”nin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin keçirilməsi barədə qərarlarından irəli gələn Sammitin uğurla keçməsini arzu edirəm. Fəaliyyətə başladığınızdan bu günə qədər Azərbaycanla birlikdə, bölgəmizin bütövlüyündə verdiyiniz dəyərli dəstək, dinlərarası dialoqun genişlənməsində çox böyük əməyiniz olduğunu bilirəm. Bu fəaliyyətinizin İslam aləminin və bütün insanlığın xeyrinə yönəlməsini ürəkdən diləyirəm. Uzun illər boyu belə önəmli və məsuliyyəti böyük olan vəzifəni bacarıqla həyata keçirdiyiniz üçün sizi təbrik edirəm. Cənab Allahdan sizə sağlıq, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətində iştirak edən əməkdaşlarınıza uğur və müvəffəqiyyət arzu edirəm. Sizin timsalınızda bütün azərbaycanlı qardaşlarıma barış, hüzur və sevinc diləyirəm".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət