Slimfit
  1. DÜNYA

Ərdoğan: "İdlibdə şəhidlərin sayı 36-ya çatıb, Suriya hakimiyyəti ilə mübarizədə qərarlıyıq"

Ərdoğan: "İdlibdə şəhidlərin sayı 36-ya çatıb, Suriya hakimiyyəti ilə mübarizədə qərarlıyıq"
Sakura

Ərdoğan: "İdlibdə şəhidlərin sayı 36-ya çatıb, Suriya hakimiyyəti ilə mübarizədə qərarlıyıq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İdlibdə Türkiyə ordusunun şəhidlərinin sayı 36-ya çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Ərdoğan bildirib ki, Türkiyə hakimiyyətinin məqsədi şəhid vermədiyi günlərə çatmaqdır.

Prezidenti rusiyalı həmkarı Vladimir Putinlə son danışığını xatırladaraq deyib ki, əgər Rusiyanın Suriyada hərbi baza qurmaq niyyəti varsa, bunun üçün Türkiyənin önünü kəsməməlidir: "Çəkilin, dedim, Suriya rejimi ilə təkbətək mübarizə aparaq. Suriya məsələsi Türkiyə üçün əsla bir macəra deyil, Türkiyənin Suriyada olmasından narahat olanlara təəssüf edirəm. Ölkəmizi terror dəhlizi ilə mühasirəyə almağa qalxanlara qarşı mübarizə aparırıq. 4 milyon insan sərhədlərimizə doğru hərəkət edir. Hazırda 1,5 milyon sərhədimizdədir".

Ərdoğan onu da deyib ki, əgər bu gün Türkiyə mübarizəsini davam etdirməsə, sabah Hatay, Şırnak, Şanlı Urfa və Qaziantepdə şəhid verəcək: "Biz Suriya hakimiyyəti ilə mübarizəyə qərarlıyıq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR