Slimfit
  1. TÜRKİYƏ

Ərdoğan düyməni basdı - Dünyanı heyrətləndirən silahlar gəlir

Ərdoğan düyməni basdı - Dünyanı heyrətləndirən silahlar gəlir
Sakura

Türkiyə robot əsgər dəstəsi yaradacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müdafiə sənayesi üçün 8 strateji hədəf müəyyənləşdirib.

AzNews.az xəbər verir ki, Müdafiə Sənayesi Rəhbərliyinin inkişaf etdirilməsində qabaqcıl robot əsgərlər, avtonom maşınlar, milli dənizaltı, milli uçaq gəmisi, yeni nəsil döyüş təyyarəsi, uzun mənzilli raket, milli peyk göndərmək sistemi və kiber ordu layihələri üçün yerli və milli imkanlardan istifadə ediləcək.

Türkiyənin robot əsgərlərdən ibarət birlik yaratmaq layihəsi isə ən diqqət çəkən işlərdən biridir. Kiçik ölçülü silahlı Pilotsuz Hava Nəqliyyatlarından ibarət hava əməliyyatı qüvvələrinin yaradılmasına qərar verilib. Xüsusi proqramlarla hərəkət edən quru və su vasitələrinin istehsalı ilə peyk göndərmə sistemləri, yeni nəsil döyüş təyyarəsi və milli gəmi istehsalı da qarşıdakı 5 il ərzində həyata keçiriləcək:

Robot əsgərlər: Süni zəka dəstəyi ilə xidmət edəcək robot əsgərlər ilə insan itkisinin qarşısı alınacaq. Bu xüsusilə ərazidə mina və partlayıcı maddələrə qarşı daha təhlükəsiz həll yolu olacaq.

Milli dənizaltı: 2023-ə qədər təhvil verilməyi planlaşdırılan Yeni Tip Dənizaltı Tədarükü layihəsi çərçivəsində istehsal ediləcək dənizaltılar 15 gün suyun altında qala biləcəklər. 2.7 milyard dollarlıq layihə bitəndə milli dənizaltı yanacaq doldurmadan ABŞ-a gedib qayıda biləcək. Dənizaltılar yanacaq sistemi ilə elektrik enerjisi istehsal edə biləcək.

Milli uçaq gəmisi: Tamamilə türk mühəndislərinin emal edəcəyi milli uçaq gəmisi dənizə enəndə Türkiyə uçaq gəmisi istehsal edən və istifadə edən bir ölkə kimi dünyanın sayılı ölkələrindən biri olacaq. Layihənin bitməsinə az vaxt qalıb.

Avtonom vasitələr: Avtonom silah sistemləri vasitəsilə minaların aşkarlanması və zərərsizləşdirilməsi asanlaşdırılacaq, şəhərdə baş verə biləcək atışmalarda itkilər minimuma enəcək.

Yeni nəsil döyüş təyyarəsi: ASELSAN-ın yaradacağı və texnoloji radar növü olan ASEA radarını istifadə edəcək yeni nəsil döyüş təyyarəsi bir çox insansız hava nəqliyyatını istiqamətləndirəcək.

Milli peyk göndərmə sistemi: Peyk göndərmə, test etmə, istehsal olunan peyklərin az xərclə orbitə göndərilməsi kimi sahələrdə Türkiyəni gücləndirəcək işlər, daşıyıcı vasitələrin inkişaf etdirilməsi və testləri, bu vasitələrin istehsalı üçün lazım olan müəssisələrin yaradılması, göndərmə bazasının quruluşu kimi elementlərdən ibarətdir.

Kiber ordu layihələri: Kiber ordu Türkiyəni daxili və xarici təhdidlərə qarşı qoruyacaq. Kiber müharibədə istifadə edəcəyi proqramlar üçün düyməni sıxan TSQ kiber hücumlara qarşı özünü müdafiə edə biləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR