1. SİYASƏT

Ərdoğan: "Can Azərbaycanın Prezidentinə təşəkkür edirəm"

Ərdoğan: "Can Azərbaycanın Prezidentinə təşəkkür edirəm"
masin.az

Ərdoğan: "Can Azərbaycanın Prezidentinə təşəkkür edirəm"

"Can Azərbaycanın Prezidenti dəyərli dostum İlham Əliyevə təşəkkür edirəm".

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitter səhifəsində yazıb.

O, meşə yanğınlarının söndürülməsində etdiyi yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

“Meşə yanğınlarının söndürülməsində apardığımız mübarizədə dəstək verən, başsağlığı diləyən, yardıma hazır olduqlarını bildirən, yardım göndərən bütün dost ölkə və təşkilatlara millətimin adından təşəkkür edirəm. İnşallah, bu çətin prosesi qısa müddətə dəf edəcəyik. Xüsusilə ilk andan dəstəklərini əsirgəməyən Can Azərbaycanın Prezidenti, dəyərli dostum İlham Əliyevə, Rusiyanın dövlət başçısı Vladimir Putinə, İspaniyanın Baş naziri Pedro Sançezə ölkəmin adından təşəkkür edirəm. Qonşumuz İranın Prezidenti Həsən Ruhani, Qətər Əmiri Şeyx Təmim, Xorvatiya Prezidenti Zoran Milanoviç və Ukrayna Prezidenti Volodimir Zelenskiyə göstərdikləri həmrəyliyə görə təşəkkürlərimi bildirirəm”, - Rəcəb Tayyib Ərdoğan tviter səhifəsində yazıb.

Qeyd edək ki, iyulun 28-dən Türkiyənin Egey və Aralıq dənizi bölgələrində meşə yanğınları davam edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

masin.az

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR