Dərc edildi: Baxış sayı: 472
Ərdoğan bu məsələyə görə Putinə zəng etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Unikal.org Türkiyə Prezidenti administrasiyasına istinadən xəbər verir ki, dövlət başçıları Suriya məsələsini müzakirə ediblər.
"Danışıqların gedişatında Suriya ilə bağlı hadisələr müzakirə edilib. Liderlər həmçinin oktyabrın 22-də imzalanmış Soçi memorandumuna sadiqliyi təsdiq ediblər", - deyə bəyanatda qeyd olunur.
Qeyd edilir ki, danışıqların gedişatında həmçinin ikitərəfli əlaqələrin inkişafı, Rusiya və Türkiyə arasında ticarət dövriyyəsinin artımı üçün addımlar müzakirə edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət