Slimfit
  1. SİYASƏT

Ərdoğan: "Bu gün Əhməd Cavadın, Nuru Paşanın, Mübariz İbrahimovun ruhunun şad olduğu gündür"

Ərdoğan: "Bu gün Əhməd Cavadın, Nuru Paşanın, Mübariz İbrahimovun ruhunun şad olduğu gündür"
Sakura

Ərdoğan: "Bu gün Əhməd Cavadın, Nuru Paşanın, Mübariz İbrahimovun ruhunun şad olduğu gündür"

“Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavad bəyin ruhunun şad olduğu gündür. Bu gün Nuru Paşanın, Ənvər Paşanın, Qafqaz İslam Ordusunun igidlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür”.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı deyib.

“Bu gün burada ürəkdən bir daha təkrarlamaq istəyirəm. Qarabağ Azərbaycandır. Qarabağ artıq Ana Vətəni ilə qucaqlaşıb. 30 illik həsrət sona çatıb. Bundan sonra Türkiyə və Azərbaycan olaraq hədəfimiz bu əraziləri daha zəngin, daha inkişaf edilmiş, uşaqlarımız üçün daha yaşanılası yer halına gətirmək üçün mübarizə etməkdir. Türkiyə və Azərbaycan çiyin-çiyinə verdikcə çətinlikləri aşmağa, uğurlar əldə etməyə davam edəcək”, - o qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR