Dərc edildi: Baxış sayı: 169
Ərdoğan Baydenlə Qəzzanı müzakirə edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden yaxın günlərdə Qəzzadakı vəziyyəti müzakirə edəcəklər.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Yaxın günlərdə liderlər arasında telefon danışığı gözlənilir. Tərəflər həm uzunmüddətli atəşkəs məsələsini, həm də Qəzzanın müharibədən sonrakı statusunu müzakirə edəcəklər”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, Ərdoğan bir neçə gün öncə verdiyi açıqlamasında Qəzza zolağında baş verən hadisələrlə bağlı ABŞ Prezidenti Co Baydenlə danışıqlar aparmaq planının olmadığını demişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət