Dərc edildi: Baxış sayı: 550
Ərdoğan Baydenə çağırış edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni prezidenti Cozef Baydenə müraciət edib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, o, amerikalı həmkarını terrorçularla bağlı obyektiv mövqe tutmağa çağırıb.
“Separatçı terror təşkilatı 1984-cü ildən bəri 30 min mülki vətəndaşımızı qətlə yetirib. Bunların içində ana bətnindəki uşaqdan yaşlıyadək, fəhlədən müəllimədək, çobandan mollayadək – cəmiyyətin hər təbəqəsindən insanımız var. Dünyaya deyirik ki, gəlin bu alçaqların gerçək üzünü yaxşı görün. Cənab Bayden, sən də bunları yaxşı tanı. Amma bunları tanıyarkən FETÖ-nü də unutma”, - Ərdoğan vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət