Ərdoğan: “Bayden “F-16” ilə bağlı Konqresə təkliflər verməyə hazır olduğunu bildirib”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Evin rəhbəri Co Baydenlə telefonla danışıb. Söhbət zamanı əsas müzakirə mövzusu tədarükü gözlənilən “F-16” qırıcı təyyarələri ilə bağlı irəliləyişlər olub.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə Türkiyə lideri jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Bayden “F-16” ilə bağlı mövzuya müsbət yanaşdığını və bununla bağlı konqresə istənilən təklifi verməyə hazır olduğunu bildirib.
“Onlar bildirdilər ki, bizim İsveçə yanaşmamız və parlamentimizin verəcəyi qərar (NATO-ya üzvlüyünü ratifikasiya) onları xüsusilə maraqlandırır. Biz də İsveçə qarşı vicdanlı yanaşdığımızı, ancaq onların da terrorçuları himayə etməsini dayandırmalı olduğunu bildirdik. Qalan məsələlər onsuz da Parlament komissiyasından keçib”, - deyə Ərdoğan vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət