Ərdoğan Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiqləyib.
Ens.az Report.az-a istinadən xəbər verir ki,dövlət başçısı bununla bağlı müvafiq qanunu imzalayıb.
Qanun imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, saziş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2017-ci ilin oktyabrın 31-də Azərbaycana səfəri zamanı imzalanıb. Səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib. Toplantıdan sonra sənədlər imzalanıb. Sənədi Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin o zamankı milli müdafiə naziri Nurettin Canikli imzalayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət