Dərc edildi: Baxış sayı: 578
Ərdoğan Azərbaycanda açıqladı: "İndi biz altı dövlət, tək millətik"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü" zamanı maraqlı açıqlama edib.
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan çıxışında bu görüşü təşkil edənləri təbrik edərək bildirib: "Biz iki dövlət, tək millətik. Hazırda bu müzakirə olunur. İndi biz altı dövlət, tək millətik".
"Günümüzdə regional iş birliyinin əhəmiyyəti getdikcə artır. Eyni mədəniyyəti və dili olan, eyni dildə danışan millətlərin bir araya gəldiyini son zamanlar daha sıx müşahidə edə bilirik. Təşkil olunmuş bu görüş iqtisadi münasibətlərin də inkişafına təsir edəcəyini düşünürəm", -deyə, Ərdoğan bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət