Dərc edildi: Baxış sayı: 615
Ərdoğan Azərbaycana səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3 oktyabr 2019-cu ildə Azərbaycana səfər edəcək.
BAKU.WS “Sabah”a istinadən xəbər verir ki, Ərdoğan Türk Şurasının 7-ci Zirvəsində iştirak məqsədilə Bakıya gələcək.
Həmin gün Türk Şurasının təsis olunmasının 10 illiyi qeyd olunacaq. Xatırladaq ki, Azərbaycan, Türkiyə, Qaazaxıstan və Qırğızıstanın üzv, Macarıstanın müşahidəçi olduğu Şura 3 oktyabr 2009-cu ildə Naxçıvan Müqaviləsi ilə yaradılıb.
Məlumata görə, Zirvədə liderlər arasında ikitərəfləri görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət