Ərdoğan açıqladı: Bu mövzuda razılaşdıq!
Artıq güvənilir bir alternativə çevrilən Orta dəhlizin inkişaf etdirilməsi mövzusunda razılaşdıq.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı Zirvə Toplantısından sonra keçirdiyi mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, enerji təhlükəsizliyi üçün mövcud və potensial əməkdaşlıq sahəsində müzakirələr aparıldı.
"Regional və qlobal məsələləri də dəyərləndirdik. Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyədə tanınması getdikcə artır", - deyə R.T.Ərdoğan bildirib.
Qeyd edək ki, bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib.
Dövlətimizin başçısı İlham Əliyev tədbirdə iştirak edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət