Dərc edildi: Baxış sayı: 566
Ərdoğan ABŞ-a vaxt verdi: Sentyabrın sonuna kimi...
Sentyabr ayı bitmədən əsgərlərimizlə birgə əməli olaraq təhlükəsiz zonasının yaradılması işlərini başlatmasaq, o zaman öz yolumuzla getməkdən başqa çarəmiz qalmayacaq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu iş nümayiş xatirinə 3-5 helikopterlə, bir neçə yüz əsgərin bölgədə yerləşdirilməsi ilə olan deyil. Oradakı 1 milyon insanın təhlükəsizliyini təmin etmək üçün bütün bölgəni təhlükəsiz vəziyyətə gətirməliyik. Bunun üçün nə qədər güc lazımdırsa, o qədər də istifadə etməyə hazırıq. Bölgə əhalisi onsuz da bizimlədir”, - deyə Ərdoğan bildirib.
Türk lider onu da əlavə edib ki, ABŞ məhz PKK-YPG üçün təhlükəsiz zona yaratmağa cəhd edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət