Slimfit
  1. SİYASƏT

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən məbləğlər təsdiqləndi

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən məbləğlər təsdiqləndi
Sakura

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən məbləğlər təsdiqləndi

Nazirlər Kabineti “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri”nin təsdiq edilməsi haqqında Qərar verib.

Qərara əsasən, xidmət haqqı məbləğləri aşağıdakı kimidir:

Sıra №-si

Xidmətin adı

Ölçü vahidi

Məbləği (manatla)

1

2

3

4

1.

Sifarişçinin sorğusu ilə Bakı şəhərinin ərazisində aparılacaq tikintinin icazə verilən parametrlərinin verilməsi

 

 

1.1.

sorğuya əlavə olunan hüquqmüəyyənedici sənəddə (sənədin surətində) göstərilən torpaq sahəsinin hüdudları daxilində sifarişçinin müəyyən etdiyi tikinti ərazisinin sahəsi 500 m2 -dək olduqda

ədəd

1000,0

1.2.

sorğuya əlavə olunan hüquqmüəyyənedici sənəddə (sənədin surətində) göstərilən torpaq sahəsinin hüdudları daxilində sifarişçinin müəyyən etdiyi tikinti ərazisinin sahəsi 500 m2 -dən çox olduqda

m2

1000,0 + 500 m2 - dən çox olan hər m 2 üçün 2,0 (yuxarı məbləği 3000,0 manatdan çox olmamaqla)

2.

Dövlətə və bələdiyyəyə məxsus torpaq sahəsinin ayrılması ilə bağlı tikinti niyyətinə dair rəy verilməsi

ədəd

1000,0

3.

Bakı şəhərinin inzibati ərazisində yol və mühəndis-kommunikasiya təminatı sistemi üçün trasların müəyyənləşdirilməsi

 

 

3.1.

təchizat şəbəkəsinə qoşulma haqqının məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edildiyi hallarda

 

bu cədvəlin 3.2-ci bəndinə əsasən tətbiq edilən haqqın 50 %-i məbləğində (yuxarı məbləği 165,0 manatdan çox olmamaqla)

3.2.

digər hallarda

 

 

3.2.1.

trasın uzunluğu 200 m-dək olduqda

ədəd

300,0

3.2.2.

trasın uzunluğu 200 m-dən çox olduqda

metr

300,0 + 200-dən çox olan hər metr üçün 0,8 (yuxarı məbləği 3000,0 manatdan çox olmamaqla)

4.

Təsdiq üçün təqdim edilən şəhərsalma əsaslandırılması layihələrinin yoxlanılması

 

 

4.1.

tikinti ərazisinin ölçüləri 1000 m2 -dək olduqda

ədəd

3000,0

4.2.

tikinti ərazisinin ölçüləri 1000 m2 -dən çox olduqda

m2

3000,0 + 1000 m2 - dən çox olan hər m 2 üçün 2,0 (yuxarı məbləği 30000,0 manatdan çox olmamaqla)

5.

tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması

 

 

5.1.

tikintisinə icazə tələb olunan fərdi yaşayış evləri layihələrinin

m2

15,0 (yuxarı məbləği 15000,0 manatdan çox olmamaqla)

5.2.

çoxmənzilli yaşayış binaları layihələrinin

m2

15,0 (yuxarı məbləği 450000,0 manatdan çox olmamaqla)

5.3.

qeyri-yaşayış binaları layihələrinin

 

 

5.3.1.

istehsalat təyinatlı tikinti layihələrinin

m2

10,0 (yuxarı məbləği 30000,0 manatdan çox olmamaqla)

5.3.2.

anbar binalarının layihələrinin

m2

8,0 (yuxarı məbləği 24000,0 manatdan çox olmamaqla)

5.3.3.

bu cədvəlin 5.3.1-ci və 5.3.2-ci yarımbəndlərinə aid olmayan qeyri-yaşayış binalarının layihələrinin

m2

15,0 (yuxarı məbləği 45000,0 manatdan çox olmamaqla)

5.4.

infrastruktur (yol tikintisi) layihələrinin

metr

0,5 (yuxarı məbləği 30000,0 manatdan çox olmamaqla)

5.5.

texniki və mühəndis qurğuları layihələrinin

m2

4,0 (yuxarı məbləği 30000,0 manatdan çox olmamaqla)

5.6.

mühəndis-kommunikasiya xətləri layihələrinin

metr

1,0 (yuxarı məbləği 30000,0 manatdan çox olmamaqla)

5.7.

digər obyektlərin layihələrinin

m2

1,0 (yuxarı məbləği 10000,0 manatdan çox olmamaqla)

6.

tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı Bakı şəhərinin ərazisində yerləşən tikinti obyektlərinə baxış keçirilməsi

 

 

6.1.

tikinti obyektinin ümumi sahəsi 1000 m2 -dək olduqda

ədəd

1000,0

6.2.

tikinti obyektinin ümumi sahəsi 3000 m2 -dək olduqda

ədəd

2500,0

6.3.

tikinti obyektinin ümumi sahəsi 5000 m2 -dək olduqda

ədəd

3500,0

6.4.

tikinti obyektinin ümumi sahəsi 5000 m2 - dən çox olduqda

ədəd

8000,0

7.

Bakı şəhərinin inzibati ərazisində tikintiyə icazənin müddətinin uzadılması ilə bağlı sənədlərin tərtibi

 

1000,0

8.

Mərkəzin arxivində saxlanılan sənədlərin surətlərinin verilməsi

 

 

8.1.

10 vərəqə qədər olan hər sənəd

ədəd

50,0

8.2.

10 vərəqdən çox olan hər sənəd

ədəd

150,0

9.

Bakı şəhərinin inzibati ərazisində açıq sahələrdə əsaslı tikili olmayan iaşə obyektlərinin və səyyar ticarət obyektlərinin yerləşdirilməsinin və quraşdırılmasının uyğunluğunun müəyyənləşdirilməsi

m2

100,0 (yuxarı məbləği 10000,0 manatdan çox olmamaqla)

Qeydlər:

  1. Qiymətlərə ƏDV daxildir.
  2. Xidmət haqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri”nə əsasən müəyyən edilən 1-5-ci və 6.1-ci zonalar üzrə – 1 əmsalı, 6.2-ci və 6.3-cü zonalar üzrə – 0,7 əmsalı, 6.4-cü zona üzrə – 0,6 əmsalı, 7-ci zona üzrə – 0,7 əmsalı, 8-12-ci zonalar üzrə – 0,5 əmsalı, habelə Sumqayıt şəhərində – 0,5 əmsalı, Gəncə şəhərində – 0,4 əmsalı, Abşeron rayonunda – 0,3 əmsalı, digər şəhər və rayonlarda isə – 0,1 əmsalı tətbiq edilməklə hesablanır.
  3. Təhsil, sosial, tibb, idman, mədəniyyət sahələrinə və hüquqmühafizə orqanlarına aid tikinti obyektlərinə münasibətdə hesablanan xidmət haqqının məbləğinə əlavə 0,5 güzəşt əmsalı tətbiq olunur.
  4. Yenidən qurulan, bərpa və əsaslı təmir olunan tikinti obyektlərinə münasibətdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda (texniki pasportda) göstərilən hissəyə əlavə 0,2 güzəşt əmsalı tətbiq olunur.
  5. Sifarişçisi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.2.4-cü və 102.2.5-ci maddələrində nəzərdə tutulmuş şəxslər olan tikinti obyektlərinə münasibətdə əlavə 0,1 güzəşt əmsalı tətbiq olunur.
  6. “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanının 8.1-ci bəndinə əsasən, bu sənəddə nəzərdə tutulan xidmətlərin göstərilməsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikintisinə icazə tələb olunan, lakin həmin Məcəllənin 89.1-ci maddəsi ilə müəyyən edilmiş ekspertizanın keçirilməsi tələb olunmayan tikinti obyektlərinə münasibətdə, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər hallarda xidmət haqqı ödənilmir.
  7. Cədvəlin 5-ci hissəsindəki xidmət haqqı layihə üzrə tikinti obyektinin ümumi sahəsinə əsasən hesablanır. Həmin Cədvəlin 5-ci və 6-cı hissələrinə əsasən xidmət haqqı hesablanan tikinti obyektinin ümumi sahəsinə yeraltı qaraj mərtəbəsinin sahəsi daxil edilmir.
  8. Tikintisinə icazə tələb olunan tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğunun təkrar yoxlanılması zamanı xidmət haqqı ödənilmir, bu şərtlə ki, ilkin müraciət zamanı xidmət haqqı ödənilmiş olsun, tikinti obyektinin təyinatı saxlanılsın və tikinti obyektinin ümumi sahəsi və ya tikinti sahəsi artırılmasın, habelə təkrar müraciət tikintiyə icazə verilməsindən imtina edildiyi tarixdən və ya uyğunsuzluğun aradan qaldırılması barədə sifarişçiyə yazılı müraciətdən 3 (üç) ay müddətində edilsin. Bu müddət ərzində təkrar təqdim olunan tikinti layihəsinə əsasən tikinti obyektinin ümumi sahəsi və ya tikinti sahəsi artırıldığı halda, tikinti layihəsinin yalnız artırılmış hissəsinə münasibətdə xidmət haqqı hesablanır.
  9. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli 1697 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı”nın 1.6-cı bəndinin icrasından irəli gələn tədbirlərin yerinə yetirilməsində dayanıqlılığın təmin olunması məqsədilə şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı siyahısı Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş ödənişli xidmətlərə görə xidmət haqlarının məbləğinə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müraciəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə güzəştlər tətbiq edilir.
  10. Cədvəlin 9-cu hissəsindəki xidmətlərə görə haqq 1 (bir) il müddəti üçün göstərilib.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR