ERA tam orta ümumtəhsil məktəbinin şagirdləri MEK-ə ekskursiya ediblər
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
MƏRKƏZİ ELMİ KİTABXANA
ERA tam orta ümumtəhsil məktəbinin şagirdləri MEK-ə ekskursiya ediblər
Press-Reliz
ERA tam orta ümumtəhsil məktəbinin şagirdləri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasını ekskursiya ediblər.
MEK-in Azərbaycanşünaslıq və MRY şöbəsinin müdiri Aygün Səfərova məktəblilərə kitabxana haqqında ətraflı məlumat verib. İlk öncə ekskursiyaya oxucuların qeydiyyatından və kataloqda kitab sifarişindən başlanılıb.
Sonra şagirdlər, MEK-in sərgi salonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini, həmçinin, dahi liderin siyasi kursunu inamla inkişaf etdirən Prezident İlham Əliyevin həyat salnaməsindən və bu dövrlərdə qazanılan nailiyyətlərdən, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Zəfərdən bəhs edən dəyərli nəşrlərlə, həmçinin “Azərbaycan Xalq Cümhuriyyəti”, “Bura Vətəndir”, “Nizami Gəncəvi – 880” və digər mövzularda nümayiş edilən tariximizin, ədəbiyyatımızın inciləri sayılan kitablarla yaxından tanış olublar. “Akademiklər zalını”, “Diplomatik fondu”, Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmiş şəhidlərimiz haqqında məlumatların, sənədlərin, kitabların, fotoşəkillərin mühafizə edildiyi “Qarabağ müharibəsi qəhrəmanları” fondu ilə tanış olub, AMEA-nın 15 təsisçisinin büstlərindən ibarət qalereyaya baxıblar.
Ekskursiya çərçivəsində MEK-in baş direktoru, professor Məmməd Əliyev şagirdlərlə görüşüb. Onlara MEK fondundan nəşrlər hədiyyə edilib.
Maraqlı keçən görüşdə, MEK əməkdaşının fortopianoda müşayiəti ilə məktəbin 7-ci sinif şagirdi Məmmədli Fəridin ifasında “Xudayar təsnifi” və digər mahnılar dinlənilib.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
pr.mek.az@gmail.com
(012) 539-73-67 (daxili 14-14)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət