Slimfit
  1. İQTİSADİYYAT

“Equinor” şirkəti “Qarabağ” yatağının işlənməsində iştirakını təsdiqlədi

“Equinor” şirkəti “Qarabağ” yatağının işlənməsində iştirakını təsdiqlədi
Sakura

“Equinor” şirkəti “Qarabağ” yatağının işlənməsində iştirakını təsdiqlədi

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Favad Qurayşini qəbul edib.

SOCAR-dan verilən məlumata görə, görüşdə “Qarabağ” yatağının kəşfindən irəli gələn məsələlər müzakirə olunub, yeni istiqamətlərdə, o cümlədən, sənaye təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Martın 19-da tərəflər uğurlu qazma əməliyyatı nəticəsində Azərbaycanda 60 milyon ton neft ehtiyatına malik olan yeni “Qarabağ” yatağının kəşf olunmasını elan ediblər. “Qarabağ” yatağı müstəqillik dövründə Azərbaycanda kəşf edilən ilk neft yatağıdır. Görüşdə “Equinor Apsheron AS” şirkəti əldə olunmuş uğurlu nəticəyə əsasən, “Qarabağ” yatağının işlənməsində öz davamlı iştirakını təsdiq edib.

 

Görüş çərçivəsində SOCAR və “Equinor Apsheron AS” şirkətləri arasında Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM) istiqamətində səylərin gücləndirilməsi məqsədi ilə yeni əməkdaşlıq sazişi imzalanıb.

Yeni saziş SOCAR və “Equinor Apsheron” şirkətlərinin həm müstəqil olaraq, həm də birgə həyata keçirəcəkləri layihələrdə texniki təhlükəsizlik, yanğından mühafizə, sağlamlıq və ətraf mühitin mühafizəsi, nəqliyyat təhlükəsizliyi və qəza-xilasetmə xidmətlərini əhatə edir.

Sənədi SOCAR-ın prezidenti R.Abdullayev və “Equinor” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri F.Qurayşi imzalayıblar. Tərəflər sazişə əsasən, yuxarıda göstərilən sahələrdə təcrübə, prosedur və müvafiq sənəd mübadiləsi, mümkün qəzalar və yaralanma hallarına yol verilməməsi, ekologiyaya təsirin minimuma endirilməsi üçün praktik biliklərin mübadiləsi, qəza hadisələri, eyni zamanda, ekoloji təsiri olan hadisələrə dair toplanmış statistik məlumatların mübadiləsi üzrə razılığa gəliblər.

Sazişdə texniki təhlükəsizlik və yanğından mühafizə üzrə beynəlxalq standartların tətbiqi ilə bağlı praktikanın və məlumat bazasının mübadiləsi, mümkün qəzalara çevik reaksiya verilməsi, atmosfer tullantılarının, o cümlədən, istixana qazlarının idarə olunması sahəsində təcrübənin bölüşülməsi, sadalanan məsələlər üzrə tərəflər arasında görüşlərin, seminarların, məsləhətləşmələrin təşkili nəzərdə tutulur.

Xatırladaq ki, Norveçin “Equinor” şirkəti (keçmiş Statoil) və SOCAR Azərbaycanda “Qarabağ” yatağının işlənməsi və “Əşrəfi-Dan Ulduzu-Aypara” perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili istiqamətlərində əməkdaşlıq edirlər. Şirkətlər, həmçinin, “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) neft yatağının işlənilməsi layihəsində iştirak payına malikdirlər.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR