İsveç alimləri iddia edirlər ki, xəsislik və eqoizm varlanmaq və bunu öz uşaqlarına ötürmək üçün yaxşı…
İsveç alimləri iddia edirlər ki, xəsislik və eqoizm varlanmaq və bunu öz uşaqlarına ötürmək üçün yaxşı vasitə deyil.
Alimlərin sonuncu araşdırmasına əsasən, eqoistlər altruistlərdən (fədakar) kifayət qədər az qazanırlar, həmçinin daha az nəsil yetişdirirlər. Stockholm Universitetindən olan alim heyəti 60 mindən çox insanın məlumatlarını təhlil etdikdən sonra bu cür gözlənilməz nəticəyə gəlib.
Daha əvvəllər aparılan araşdırmalar da göstərib ki, sosial istiqamətli davranışlar - yəni cəmiyyətin digər üzvlərinə istiqamətlənmiş yardımlar rifaha və ruhi sağlamlığa müsbət təsir göstərir, həmçinin uzunmüddətli partnyor və romantik münasibətləri möhkəmləndirir.
Lakin məntiqlə ehtimal etmək olar ki, ilk növbədə öz maraqlarını güdən insanlar maliyyə məsələsində daha uğurlu olmalıdırlar. Bundan başqa, çoxları məhz uzun müddətli irəliləyiş qazanmaq ümidilə özlərini eqoist aparırlar. Araşdırma müəllifləri bunu iddia edirlər.
İsveçli alimlərin geniş araşdırması isə bu ehtimalları rədd edir.
"Mülayim alturizm"
Bəs gəlir səviyyəsini onunla müqayisə etmək üçün eqoizmi necə ölçmək olar? Deyəsən bu sualın cavabını Stockholm Universitetinin professoru Kimmo Eriksson tapıb.
Onun beyninə sosioloqların mövcud baza məlumatlarını - sorğuların nəticələrini araşdırmaq fikri gəlib. Bu sorğuda insanlar əsasən öz vərdişlərindən - nəqliyyatda kiməsə yer verirlərmi, xeyriyyəçilik məqsədilə ianə bağışlayırlarmı və könüllü işlərlə məşğul olurlarmı və s. kimi məsələlərdən danışırlar.
Professor dörd böyük araşdırmanı əsas götürüb: Chicago Universitetinin Ümumi Sosial Araşdırmalar, onun Avropa analoqu olan Avropa Sosial Araşdırmalar (London City Universiteti), Böyük Britaniyanın Britaniyada Məişətin Davamlı Araşdırılması və Michigan Universitetinin Gəlirlərin Dinamikası üzrə Panel Tədqiqatı Sorğularını.
Sosial istiqamətli davranışlar nümayiş etdirən insanları alimlər daha az eqoist və ya əksinə hesab ediblər. Hər iki qrupu konkret bir respondentin "cəmiyyətin xeyrinə" sərf etdiyi cəhdlər səviyyəsindən asılı olaraq bir neçə kateqoriyaya bölüblər.
Tədqiqatın nəticələri inandırıcı şəkildə bunları göstərib: altruistlər orta hesabla eqoistlərdən çox qazanırlar və daha çox uşağa sahibdirlər. Lakin bu birbaşa asılılıq deyil: ən yüksək gəlir səviyyəsini daha çox sosial davranışları olan şəxslər deyil, "mülayim alturizm" nümayiş etdirənlər göstərib.
"Bunlar bizim işimizin iki əsas nəticəsidir. Birincisi qərəzsiz insanların daha çox uşaqları var. İkincisi mülayim alturistlər hamıdan çox qazanırlar", PsyPost jurnalı Erikssona istinadən yazıb.
"Biz həmçinin sorğulardan bilirik ki, insanların çoxu intuitiv olaraq birincini təxmin edirlər. Lakin onların məhz eqoistlərin ən yüksək gəlir səviyyəsi olmasını ehtimal etməsi tamamilə səhv fikirdir".
"Bizim nəticələr Avropa və ABŞ-dan olan məlumatlara əsaslanır. Bundan başqa biz yalnız çarpaz deyil, həm də dinamik təhlil aparmışıq: kim ki, müəyyən vaxt ərzində fədakarlıq nümayiş etdirib, həmin şəxsin bir il sonra gəliri yüksək və uşaqlarının sayı çox olub. Beləliklə bizim nəticələr çox ümidvericidir ", deyən professor buna əmindir.
Təəssüf ki, araşdırma bu cür əlaqənin səbəbləri barədə suallara cavab tapa bilmir: niyə görə eqoizm gəlir səviyyəsinə və körpə doğuşuna pis təsir göstərir?
"Altruizm daha mohkəm sosial münasibətlər qurmağa kömək edir və bu da nəticədə böyük ehtimalla həyatın digər sahələrinə müsbət təsir göstərir", deyə ehtimal edən Eriksson "Lakin bu fərziyyəni bizim məlumatların təhlili yolu ilə yoxlamaq mümkün deyil", deyib.
Mənbə: BBC.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət