Slimfit
  1. İQTİSADİYYAT

Əqli Mülkiyyət Agentliyi koronavirusla mübarizədə həyata keçirilən tədbirlərə maliyyə dəstəyi kampaniyasına qoşulub

Əqli Mülkiyyət Agentliyi koronavirusla mübarizədə həyata keçirilən tədbirlərə maliyyə dəstəyi kampaniyasına qoşulub
Sakura

Əqli Mülkiyyət Agentliyi koronavirusla mübarizədə həyata keçirilən tədbirlərə maliyyə dəstəyi kampaniyasına…

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi kampaniyasına qoşulub.

Agentlikdən Trend-ə bildirilib ki, Agentliyin İdarə Heyətinin qərarı ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna Agentliyin əldə etdiyi gəlirdən 100 min manat məbləğində vəsait köçürülmüşdür.

 

Bundan əlavə olaraq, bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə Agentliyin İdarə Heyətinin sədri aylıq vəzifə maaşını, Agentliyin rəhbər şəxsləri isə əmək haqlarının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR