Slimfit
  1. AZƏRBAYCAN

"Epidemiyadan qorunmağın ən təsirli yolu..." - Professordan vacib açıqlama

"Epidemiyadan qorunmağın ən təsirli yolu..." - Professordan vacib açıqlama
Sakura

"Epidemiyadan qorunmağın ən təsirli yolu..." - Professordan vacib açıqlama

Anlamalıyıq ki, belə proseslər tarixdə nadir hallarda olur. Orta əsrlərdə, sonrakı dövlərdə belə epidemiyalar olub. Odur ki, bu təhlükəni ciddi qarşılamaq lazımdır. Belə epidemiyalar bir tərəfdən bütün xalqları birləşdirir. Xəstəlik əlbəttə, sərhədlərin bağlanması, əlaqələrin dayanmasına da səbəb olur. Bu o deməkdir ki, biz ölkə daxilindən özümüzə istinad edərək addım atmalı, xalq səfərbər olmalıdır. Artıq belə hallarda sol, sağ, müxalifət, iqtidar, ictimai sektor yoxdur, vahid bir xalq var. Hamı çalışmalıdır ki, koronavirus Azərbaycanda geniş yayılmasın.

Bu fikirləri koronavirusa qarşı əhalinin necə davranmalı, hansı addımlar atmalı olduğu haqda Teleqraf.com-a danışan AMEA-nın Fəlsəfə İnstitutunun professoru Əli Abbasov deyib.

Alim əlavə bildirib ki, koronavirusla bağlı məlumatlar da dəqiqləşdirildikdən sonra verilməlidir:

“Hesab edirəm ki, bu, çox vacib məsələdir. Əsassız, dəqiqləşdirilməyən informasiyalara, panikaya ehtiyac yoxdur. Dəqiq olan informasiyadan istifadə edilməlidir. Biz anlamalıyıq ki, bu, bir həftəlik problem deyil. Odur ki, məsələyə əhalimiz ciddi yanaşmalı, başqa ölkələrin təcrübələrindən nümunə götürməlidir”.

Əli Abbasov qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın fəaliyyəti normaldır və lazım olan addımlar atır:

“Mən təklif edərdim ki, qərargah daha tez-tez məlumatlar bölüşsün. Hər halda əhalimiz Operativ Qərargahın tətbiq etdiyi karantinin şərtlərinə tabe olmalıdır.

Epidemiyadan qorunmağın ən təsirli yolu sosial izolyasiya, qısa müddətə evə qapanmaqdır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR