Slimfit
  1. ƏDƏBİYYAT

Ənvər Çingizoğlu - Qaradağlılar/Dizmar mahalı

Ənvər Çingizoğlu - Qaradağlılar/Dizmar mahalı
Sakura

Ənvər Çingizoğlu - Qaradağlılar/Dizmar mahalı

Dədə dünyanın adlı bilginlərindən Yaqut-əl-Həməvi yazır: «Dizmar -Azərbaycanda, Təbrizin yaxınlığında, qəzaların birində böyük bir qaladı» (Bax: Y. əl-Həməvi. Mücam əl-Büldan, Bakı, 1983, səh.224, rusca). Başqa bir yer bilicisi, ünlü tarixçi Həmdullah Qəzvini əsgi Dizmardan bəhs edib yazır: «Dizmar—Təbrizin qüzeyində yerləşən bir qəzadır. Qəzanın əlli adı bəlli kəndi var. Ən böyükləri Duzal, Kürdəşt, Qulan, Xarar, Xur və Azaq kəndləridir. Baxmayaraq ki, tez-tez istilər olur, iqlimi ölgündür. Suyu dağlardan axan çaylardan götürürlər. Bu çaylar axıb Araza qarışır. Tarlaların barı-bəhrəsi taxıl, pambıq və dürlü meyvəcatdır. Burdan Təbrizə herağac tərəvəz gətirirlər. Qəzanın vergisi 40800 dinardır (Bax. H. Qəzvini. Nüzhət əl-Qülub, Bakı, 1983, səh. 50. rusca). Qaynaqlardan gətirdiyimiz bilgilərdən bəlli olur ki, xanlıq dönəmindən öncə Dizmar bütöv bir ölkə idi. Şərqi və Qərbi yörələrə ayrılmırdı. Həm də Dizmarın torpağı barlı, bəhrəsi bol olurdu. Adı bəlli tarixçi Fəzullah Rədəddin «Vəqfname-ye Rəbi Rəşidi» adlı əsərində yazır: «Dizmardan Təbrizə o qədər mal gətirilirdi ki, həmin mallardan ötəri ayrıca bir xan var idi. Bu xan «Xaşab» adlanırdı. Xəşab zənginliyi ilə başqa xanlardan seçilirdi» (Bax: F. Rəşidəddin. Vəqfnameye Rəbi Rəşidi, Tehran. 1350. Hicri-şəmsi, səh.353, farsca). Bilgi üçün qeyd edək ki, xan yollar üstündə yapılan karvansara biçimli tikiliyə deyilirdi. Dizmar mahalı Qaradağ vilayətində meyvələrin ən bol olduğu yerdir. Mahalda dürlü meyvələr yetişir. «Arazbarı», «Dizmarı», «Kürdəşti» növlü üzümlər, narlar bazarlar matahı olub. Burda qurudulan kişmişə bazarçılar öygü deyirdilər: «Dizmarıdı, ağa malıdı…». Ünlü şair Mirzə Əli Möcüz yazırdı:


Xurma qəndabi çəkib başına, basdıq duği,

Qisməti-Dizmarı biçarəyə ayran oldu…

Dizmar mahalında üzümdən sonra ən çox nar yetişir. Fəzlullah Rəşidəddin oğlu Məcdəddinə göndərdiyi məktubunda yazır ki, Arazbar və Dizmar mahalları 15 min man nar tədarük edir (Bax: Fəzlullah Rəşidəddin. Mükatibat, Moskva, 1971, səh. 243, rusca). Dizmar mahalının başkəndi Duzal şenliyi idi. Duzal kəndi Araz çayına yaxın bir ərazidə yerləşir. Bu kəndlə bağlı bayatıları seçib-seçmələyib, yazımıza daxil etmişik.


Yarı Duzaldan aldım

Sevdim Duzaldan aldım

Qismət, xeyir, bərəkət,

Hamısın düz əldən aldım.


Araz üstü Duzaldı

Üstümü quduz aldı.

Şil şatır olmaq üçün,

Yeddi evdən duz aldı.


Düşübdü gün Duzala,

Vaxt keçə, gün düzələ.

Gecə gördüyüm yuxu,

Keçəydi gündüz ələ.

Duzal kəndi həm də ünlü xəttat və şair Musa bəy Dizmarinin yurdudur. Böyük münəccim, mineroloq və şair Xacə Nəsrəddin Tusinin törəməsi olan Musa bəy Ilyas xəlifənin dostu idi. Musa bəyin yaxın qohumları Hətəm bəy və onun oğlu Əbutalıb xan I Şah Abbasın sarayında baş vəzir vəzifəsini tutmuşdular. Onlar Nəsiri soyadını daşıyırdılar. Hətta Dizmar mahalında Nəsirova adlı kənd vardı. Musa bəyin Bayandur bəy, Şahrux bəy və Heydər bəy adlı oğulları vardı. Üç qardaşın üçü də savadları, bilikləri və bacarıqları ilə seçilirdilər. Bayandur bəy 1628-ci ildə şahın quşxanasında hesabdar işləyirdi. Quşxana işçisi olmasına baxmayaraq qılıncına qalxan dayanmazdı. Günlərin birində Xorasanda, Əbivərd qalası yanında gedən döyüşlərdə yaralanıb dünyasını dəyişdi… Bayandur bəyin iki aslan tənətli, ceyran duruşlu qızı vardı. Böyüyünun adı Fatimə xanım, kiçiyinin adı Xədicə xanım idi. Fatimə xanım ilə Xədicə xanım atalarından qalan pula Xərvənə kəndində məscid tikdirmişdilər… Musa bəyin ikinci oğlu Şahrux bəy qorçu vəzirliyində xidmət edirdi. Birbaşa qorçubaşıya tabe olan Şahrux bəy dəftərxana və mühasibat işlərini yerinə yetirirdi. O da qardaşı ilə eyni çağda 1628-ci ildə şahın Sultaniyyə səfərində öldü… Musa bəyin üçüncü oğlu Heydər bəy 1623-cü ildə I Şah Abbasın qorçu yüzbaşısı idi. Şahla birlikdə Qəndahar səfərində iştirak etmişdi. Oradan şahın buyruğu ilə Baburlular sarayına elçi yollanmışdı. Heydər bəy Qaradağlı 1628-ci ildə də qorçu vəzirliyinə mustofi vəzifəsinə keçdi. O da böyük qardaşı Bayandur bəy kimi mühasibətlıqda yoxlama aparırdı… Duzal kəndindən çıxan, Xəlifə törəməsindən olan oğullardan biri də Əhməd bəydir. Əhməd bəy bir müddət Dizmar mahalının hakimi olmuşdu. Duzal kəndinin səs-sədalı nümayəndələrindən biri də Şahverdi bəydir. Şahverdi bəy Şah Məhəmməd Xudəbəndənin ağalıq dönəmində yaşamışdı. Şahverdi bəyin Qələndər bəy adlı oğlu vardı. Qələndər bəy dürüst imanlı, pak əqidəli, dərvişsayaq bir kişi idi. Müqəddəs Məkkəyi-müəzzəmi ziyarət etmişdi. Hacı Qələndər bəy 1604-cü ildə Əhər şəhərindəki Cümə məscidini öz halal-hümmət puluyla təmir etdirmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR