Slimfit
  1. ƏDƏBİYYAT

Ənvər Çingizoğlu - Qaradağlılar/Çavuşlu oymağı

Ənvər Çingizoğlu - Qaradağlılar/Çavuşlu oymağı
Sakura

Ənvər Çingizoğlu - Qaradağlılar/Çavuşlu oymağı

 Ustaclı elinə bağlı oymaqlardan biri də Çavuşludur. Çavuşlu oymağı Sivas vilayətindən gələndən sonra bir parası Xoy civarında, bir parası isə Ərdəbil yörəsində yerləşdi. Çavuşlu oymağından çıxan ünlü əmirlərdən biri Baba Süleyman bəydir. 1507-ci ildə I Şah Ismayıl Səfəvi Xoy vilayətinin Nəzdəkan nahiyəsini soyurqal kimi Baba Süleyman bəyə verir. I şah Təhmasibin ağalaq dönəminə qədər bu nahiyə Baba Süleyman bəyin övladlarında qalır. Baba Süleyman bəyin Yusif bəy adlı oğlu vardı. Yusif bəy Təbriz şəhərinin darğası olmuşdu. Şair olmasına baxmayaraq təbiətcə sərt adam idi. 1573-cü ildə ona qarşı Təbrizdə üsyan baş verdi. Iskəndər bəy Türkman Yusif bəyi «ağıl və fərasətdə öz müasirlərindən seçilən», Fəzli Isfəhani isə «qabiliyətli şair, zalım zabit» kimi dəyərləndirirdi. Çavuşlu oymağının adını uca edən əmirlərdən biri də Pirə Ömər bəydir. Baba sultanın qardışı idi. Pirə Ömər bəy I Şah Ismayıla xidmət etmişdi. Şirəçibaşı vəzifəsində çalışırdı. Pirə Ömər bəy 1514-cü ildə Çaldıran savaşında həlak oldu. Çavuşlu oymağının tanınmış nümayəndələrindən biri də Baba Ilyas bəydir. Baba Ilyas bəy Şah Ismayıl Səfəviyə xidmət etmişdi. Baba Ilyas bəyin Mahmud bəy adlı oğlu vardı. Mahmud bəy Şah Təhmasib Səfəviyə qulluq etmişdi. Şahdan sultan ünvanı almışdı. Çavuşlu oymağının adlı oğullarından biri də Ümmət oğlandır. Ümmət oğlan I Şah Ismayıl Səfəviyə xidmət etmişdi. Yüksək xidmətinin müqabilində Xoy vilayətində tiyul torpaq, soyurqal gəlir almışdı. Bu oymaqdan çıxan adlı əmirlərdən biri də Eşik Əvəz bəydir. Eşik Əvəz bəy I Şah Ismayıla qulluq etmişdi. Eşik Əvəz bəyin Əliqulu bəy adlı oğlu vardı. Əliqulu bəy I Şah Təhmasibin fərmanı ilə sultan ünvanı almışdı. Salman mirzə Təmişli-Ustaclının mülazimləri arasında yer tuturdu. Şirvan əyalətində tiyul torpaq almışdı. Əliqulu sultan 1580-ci ildə Osman paşaya və Krım tatarlarına qarşı vuruşmada həlak oldu. Çavuşlu oymağının tanınmış əmirlərindən biri də Alqus bəydir. Alqus bəy I Şah Təhmasibin fərmanı ilə sultan rütbəsində Şüştər və Dizful vilayətlərinin hakimi təyin olunmuşdu. Bu oymaqdan çıxan tanımış əmirlərdən biri də Pirə Məhəmməd bəydir. Pirə Məhəmməd bəydir. Pirə Məhəmməd bəy I Şah Təhmasibin fərmanı ilə 1571-ci ildə Gilan əyalətinin Biyəpiş vilayətinin hakimi təyin olunmuşdu. O, şahın oğlu Imamqulu mirzənin lələsi idi. Pirə Məhəmməd bəy Şah Məhəmməd Xudabəndənin hakimiyyəti illərinin ilk çağında xan ünvanı ilə Ərdəbil hakimi təyin edildi. Bir müddətdən sonra saraya çağrıldı. Çavuşlu oymağının səsli oğullarından biri də Əhməd ağadır. Əhməd ağa I Şah Təhmasibin hakimiyyəti illərinin önlərində, 1526-cı ildə tuğaçı vəzifəsini tuturdu. Qazaq sultan Hacıfəqihli-Ustaclının qoşununda vuruşurdu. Çavuşlu oymağının səs-sədalı əmirlərindən biri də Şahqulu bəydir. Şahqulu bəy I Şah Təhmasibin hakimiyyəti dönəmində Herat əyalətinin bəylərbəyisi olmuşdu. Bu oymağın ünlü əmirlərindən biri də Qara Həsən xandır. Qara Həsən xan Şah Məhəmməd Xudabəndənin qızı ilə evlənmişdi. Paytaxt Qəzvin şəhərin hakimi idi. 1589-cu ildə I Şah Abbas Səfəvi tərəfindən III Sultan Muradın sarayına elçi göndərilmişdi. Nədənsə tarixçi Mustafa əfəndi Səlaniki onun adını Qara Əhməd bəy kimi yazır. Dəqiqlik üçün bildirək ki, Qara Əhməd bəy Şamlı 1591-ci ildə Osmanlı dövlətinə elçi göndərilmişdi. Çavuşlu oymağından çıxan tanınmış əmirlərdən biri də Ənəut bəydir. Ənəut bəy I Şah Ismayıla və I Şah Təhmasibə xidmət etmişdi. Şahdan sultan ünvanı almışdı. Ənəut sultanın Mehdiqulu bəy, Məhəmməd bəy adlı oğulları vardı. Mehdiqulu bəy öncə sultan, sonra xan ünvanı almışdı. Ərdəbil vilayətinə hakim təyin edilmişdi. 1589-cu ildə I Şah Abbas tərəfindən Osmanlı sarayına elçi göndərilmişdi. O özü ilə Osmanlı sarayına qiymətli hədiyyələr aparmışdı. Sultanın tapşırığı ilə Mehdiqulu xan sarayda yaxşı qarşılandı. Osmanlı tarixçisi Mustafa əfəndi Səlaniki yazır: «Elçi Mehdiqulu xan Ustaclı xeyli mərifət sahibi, qanacaqlı və fərasətli adam idi» (Bax: Səlaniki Mustafa Əfəndi, Tarixi-Səlaniki, Bakı, 1992, səh.43) Maraqlıdır ki, Mehdiqulu xan Osmanlı dövlətindən israrla Qaradağ vilayətini geri istəmişdi. Ayağını dirəmişdi ki, Qaradağ verilməyincə Qəzvinə qayıtmayacaq. Mehdiqulu xan 1590-cı ildə, Qəzvin şəhərində I Şah Abbas tərəfindən öldürülmüşdür. Ənəut sultanın ikinci oğlu Məhəmməd bəy Şah Məhəmməd Xudabəndənin şahlığı dönəmində orduda xidmət etmişdi. Öncə sultan, sonra xan ünvanı almışdı. Çavuşlu oymağının səsli nümayəndələrindən biri də Muradxan bəydir. Muradxan bəy sarayda davatdar vəzifəsində işləmişdi. Cəfər paşanın yanına qaçdığından I Şah Abbasın gözündən düşmüşdü. Çavuşlu oymağının sədalı simalarından biri də Əhməd bəy idi. Əhməd bəy Şah Məhəmməd Xudabəndənin şahlığı dönəmində tanınmış sərkərdələr arasındaydı. Bu oymağın ünlü nümayəndələrində biri də Hüseyn bəydir. Hüseyn bəy I Şah Ismayılın və I Şah Təhmasibin seçkin əmirlərindən idi. Hüseyn bəyin Xəlil bəy adlı oğlu vardı. Xəlil bəy I Şah Təhmasibin şahlığı dönəmində seçkin əmirlər sırısında özünə yer tapmışdı. Xəlil bəy Məsum bəy Səfəvinin qızı ilə evlənmişdi. Məhəmmədşərif bəy adlı oğlu vardı. Məhəmmədşərif bəy I Şah Abbasın hakimiyyəti dönəmində üzdə olmuşdu. Öncə ox-yay qorçusu kimi qulluq edib, sultan, sonra hakimliyə təyin olunub, xan ünvanı almışdı. Məhəmmədşərif xan Qəzvin şəhərinin hakimi olmuşdu. I Şah Abbasın Çavuşlu oymağına kin-kudurətini duyub, üsyançı Gilan hakimi Xanəhməd xanın yanına qaçmışdı. Xanəhməd xan Şah Abbasın basqılarına duruş gətirməyib, Məhəmmədşərif xanı və digər qaçqınları qolubağlı saraya qaytarmışdı. Məhəmmədşərif xan 1589-cu ildə I Şah Abbas tərəfindən öldürülmüşdür. Çavuşlu oymağının ünlü nümayəndələrindən biri də Əbumüslüm bəydir. Əbumüslüm bəy Şah Məhəmməd Xudabəndədən öncə sultan, sonra xan ünvanı almışdı. I Şah Abbasın şahlığının ilk dönəmlərində Əsfərainin hakimi idi. Çavuşlu oymağının səs-sədalı oğullarından biri də Həsən bəydir. Həsən bəy Şah Təhmasib Səfəviyə xidmət etmişdi. Həsən bəyin Mehdiqulu bəy adlı oğlu vardı. Mehdiqulu bəy Şah Məhəmməd Xudabəndənin hakimiyyəti çağında seçkin adamlar arasında idi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR