Slimfit
  1. ƏDƏBİYYAT

Ənvər Çingizoğlu - Avşarlar/Qorçubaşı avşarlar

Ənvər Çingizoğlu - Avşarlar/Qorçubaşı avşarlar
Sakura

Ənvər Çingizoğlu - Avşarlar/Qorçubaşı avşarlar

Qorçubaşı Səfəvi şahlarının seçmə qvardiya döyüşçülərinin-qorçuların başçısı olub dövlətin sütunu (Ərkani-dövlət) hesab olunurdu. Qorçubaşı etimad əd-dövlədən sonra Səfəvi dövlətinin ən böyük əmirlərindən hesab olunurdu. Bütün qorçuların işini qorçubaşı idarə edirdi. Qorçuların məvacibləri və tiyulları qorçibaşının icazəsi və təsdiqi ilə verilirdi. «Xülasət ət-təvarix»dən məlum olur ki, qorçubaşı Sevindik bəy Avşar Ismayıl mirzəni 1556-cı ildə I Şah Təhmasibin yanına götürüb gəlmişdi. 1574-cü ildə qorçubaşı Əhməd bəy Avşar tayfası əleyhinə kobud sözlər dediyindən tutulub Ələmut qalasına salınmışdı. 15-ci yüzilin sonu və 16-cı yüzilin birinci yarısında qorçubaşı və əmir əl-üməra vəzifələri ayrı-ayrılıqda işlədilmişdir. S.M. Onullahi yazır ki, XV yüzildə qorçubaşılar əmir əl-üməradan xeyli aşağı pillədə idilər. Lakin XVI yüzilin ikinci yarısında qorçubaşıların nüfuzu artmış və əmir əl-üməra vəzifəsini əvəz etmişdir. XVI yüzilin birinci yarısında bəzən (xüsusən müharibə vaxtı) qorçubaşı vəzifəsi əmir vəzifəsindən yüksək olmuşdur. Tədqiq etdiyimiz bir əlyazmada göstərilir ki, Duraq bəy Qorçubaşı müharibə günü əmirlərin əksəriyyətindən yüksək mövqe tutdu. Qorçubaşıların böyük imtiyazları var idi; hətda onlar valilərin təyin olunmasından da mühüm rol oynayırdılar. Mənbələrdən aydın olur ki, qorçubaşı vəzifəsi XVIII yüzilədək ən yüksək vəzifə olaraq qalmaqda idi. Ümumi dövlət qorçubaşılarından başqa ayrı-ayrı əyalətlərin (bəylərbəyliklərin) və qızılbaş tayfalarının öz qorçubaşısı var idi. Qorçulər Səfəvi şahlarının qızılbaş tayfalarından ibarət seçmə alay döyüşçüləri idilər. H. Zərinəzadə bu sözün azərbaycanca «qoruyucu» mənasında olduğunu yazır. Ilk dəfə olaraq «Xülasət ət-təvarix» in Berlin nüsxəsində bu sözün qoruqçu şəklinə də təsadüf edilir. Əlyazmada qorçulərdən Sultan Ustaclunun, Əhməd bəy Avşarın və başqalarının adları çəkilir. Qorçular döyüşlərdə fəal iştirak edirdilər. «Xülasət ət-təvarix» də göstərilir ki . Bakı qalasının ətrafındakı döyüş zamanı I Şah Ismayıl göstəriş verdi ki, «kəsir əl-ixlas» (sadiq) qorçular xəndəkləri daşla doldursunlar. Şah Ismayıl qoşuna xəbər göndərmək üçün də qorçulardan istifadə edirdi. 1528-ci ildə Qızılbaşlarda Şeybani xanlarından I Ubeydulla xanın (1533-1539) qoşunları arasında baş verən döyüş zamanı Səfəvi şahının qorçularından biri Ubeydulla xanı təqib edib və onu qılıncla yaralayır. «Xülasət ət-təvarix» də göstərilir ki, ən etibarlı hərbi qüvvə hesab edilən qorçulardan eyni zamanda ən təhlükəli və xüsusi şəxslərin mühavizəsi zamanı istifadə olunurdu. Belə ki, Osmanlı sultanı I Süleymanın oğlu Bayəzid 1559-cu ildə I Şah Təhmasib tərəfindən həbs edilib dövlətxanının bir hücrəsində saxlanırdı. Bu vaxt onun mühafizəsi bir dəstə qorçuya tapşırılmışdı. Şahın hüsn-rəğbətini qazanan qorçulara daha yüksək vəzifələr həvalə olunurdu. II Şah Ismayıl 1557-ci ildə qorçu Imamqulu bəy Yıva-Qacarı sultan vəzifəsinə təyin edərək Gəncə və Qarabağa bəylərbəyi göndərdi. Yazılı məxəzlərdə qorçuların geyimləri, silahları və s. Haqqında da məlumat verilir. Əsasən azərbaycanlılardan ibarət olan bu qorçuların papaqları qırmızı rəngdə olurdu. Belə bir baş geyimini I Şah Ismayılın atası Şeyx Heydər öz müridləri üçün müəyyən etmişdi. Məhz buna görə də onlara qızılbaş deyilirdi. Başlarına qırmızı papaq qoyan qorçular müharibəyə yola düşən zaman başlarına zəncirli zirehli dəbilqələr qoyurdular. Qorçuların xüsusi fərqləndirici əlamətləri-uzun bığları olurdu. «Aləm-araye Səfəvi» əsərində göstərilir ki, qorçular adətən ox, qılınc, təbərzin (balta), xəncər və qalxanla silahlanırdılar. «Xülasət ət-təvarix» də qorçiyane-həram, qorçiyane xasseye-şerife, qorçiyane Xasse, qorçiyane şəmşir, qorçiyane keşik və s. qeyd olunur. Hərəm qorçuları şahın hərəmxanasının keşiyini çəkirdilər. «Təzkirət əl-müluk» də göstərilir ki, qorçubaşılar qorçuları müxtəlif işlərə göndərirdilər. «Təzkirət əl-müluk» da şahın silahdarlarına yaraq qorçuları deyilirdi. Bu qorçular saray məclislərində, qonaqlarda şahın ətrafında dururdular. Gördükləri işlərdən asılı olaraq yaraq və gərək qorçuları aşağıdakı kimi adlanırdılar: 1.Papaq qorçusu 2.Qılınc qorçusu 3.Xəncər qorçusu 4. Kaman (yay) qorçusu 5.Nizə qorçusu 6.Oxqabı qorçusu 7.Sipər (qalxan)qorçusu 8. Geyim (zireh) qorçusu 9.Çəkmə (başmaq) qorçusu 10. Məndil qorçusu 11.Dəstkeş qorçusu 12.Can qorçusu 13.Yaraq qorçusu 14.Dəhanə qorçusu 15. Əcərlu qorçusu və s. Əcərlu qorçuları 100 ibarət olub jandarm vəzifəsini ifadə edirdilər. Şah tərəfindən qorçulara torpaq paylandığı məlumdur. Xasse torpaqları olan Qəzvin və Savucbulaq bir dəstə qorçuya verilmişdir. Lakin I Şah Abbasın hakimiyyəti dövründə qorçuların sayı təxminən 30000 nəfərə çatdırdı. Avşar elindən ilk qorçubaşı kimi tanıdığımız əmir Sevindik bəydir. I Şah Təhmasibə xidmət etmişdi.Səvindik bəy sarayda olurdu. Uzun illər şahın qorçubaşısı olmuşdu. Faruq Sümer yazır: «Onlardan qorçubaşı Sevindik bəy 969-cu ildə (1561-1562) ölərkən yaşı 90-ı keçmişdi». 1587-ci ildə qorçubaşı Yusif xan Avşar idi. Sarayda Mürşüdqulu xan Ustaclıya sui-qəsd hazırlamışdı. Qəsdin üstü açılanda Yusif xan həbsə atıldı. Yusif xandan sonra qorçubaşı Bədir xan oldu. Bədir xan 1589-cu ildə Astarabada vali göndərildi. 1589-cu ildə qorçubaşı Vəli xan təyin edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR