Slimfit
  1. ƏDƏBİYYAT

Ənvər Çingizoğlu - Avşarlar/IV fəsil (Avşar elinin oymaqları və tayfa-tirələri)

Ənvər Çingizoğlu - Avşarlar/IV fəsil (Avşar elinin oymaqları və tayfa-tirələri)
Sakura

Ənvər Çingizoğlu - Avşarlar/IV fəsil (Avşar elinin oymaqları və tayfa-tirələri)

Avşar elinin Adaxlı, Araşlı, Alplı, Bəgişli, Qasımlı, Qutulu, Qırxlı, Qılıclı, Qənibəyli, Qarahəsənli, Davudlu, Imanlı, Kərəcli, Giləli, Gözüböyüklü, Gündüzlü, Mahmudlu, Tutmaqlı, Tərzili, Əmirli, Əlibəyli, Ərəbli, Yəhərli, Yorğanlı, Şahboranlı və başqa oymaqları var. Əhməd Kəsrəvi avşarları bir neçə qola ayırır. Həmin qollar: qırxlı, babalı, cəlayır, kosaəhmədli, gündüzlü, inallı, araşlı, alplı, imirli, bəgəşli. B. Nikitinə görə avşarlar şamlı, usalı, qasımlı, imanlı, araşlı, gündüzlü, bəgəşli, kuhgiluyəli qollarına bölünür. Tarixçi Tohid Məlikzadə «Salmasın on min illik tarixi» adlı əsərində Avşar elinin 11 tayfa-tirəsini göstərir. Həmin tirələr: Şamlı, Usanlu, Qasımlı, Inanlı, Araşlı, Gündüzlü, Təkəşli, Kəhgilulu, Qırxlı, Təkəli, Imirli. Tohid Məlikzadə ilə Nikitinin bölgüləri yaxındır. Lakin T. Məlikzadə Bəgəşli əvəzinə Təkəşli yazıb ki, Avşar elində bu adda oymaq yoxdur. Oskan Mann avşarları qasımlı, araşlı, kosaəhmədli, qutulu, təkəli, inanlı, bəgəşli, qırxlı, imirli, gündüzlü, təkəlilər qollarına paylaşdırır. A.Düpreyə görə, Urmiya avşarları Araşlı və Qasımlı adlı oymaqlardan, kərəcli, imanlı, davudlu, usallı, qılıclı, qənibəyli, kiləli, tutmaqlı, adaqlı, qarahəsənli, əlibəyli, tərzili, şahburanlı, yəhərli, kuhgiluyəli adlı tayfalardan təşkil olunub. Iran tarixçisi Məhəmməd Xaliqi Müqəddəmin yazdıqlarına görə, Tikab (Tikantəpə) yörəsinin Əcirli mahalında Avşar elinin ustaclı, badamlı, pətəkli, cənkli, hasarlı, qəmişli, gözəlli, laləli, nəxtalı, yeləkli tirələri yaşayırlar. Aşağı Əhmədabad mahalında alıçlı, təndirli, çublu, faqılı tirələri qərar tutublar. Göyağac mahalında isə ətaqlı tirəsi binə bağlayıb. Tikabın ətrafında və bölgələrində yaşayan avşar tirələri: bədirli, sarıcalı, qırxlı, yəhərli. Şahindej (Sayınqala) şəhərin ətrafında avşar elinin həsənli, xocalı, dəvəli, əqrəbli, qozlu, mamalı tirələri məskunlaşıblar. Şahindejin Çahardəvəli mahalında çiçəkli, davudlu, zeynallı, qanqanlı, qaraqoyunlu, tozlu, novruzlu tirələri qərar tutublar. Sayınqala məntəqəsində qurtbəyli, xorasanlı tirələri məskunlaşıblar. Zəncanın Oryad bölgəsində yaşayan avşar tirələri: almalı, bəyamlı, bəyanlı, fəxrili, xəndəkli. Zəncanın Çaypara bölgəsində buta bağlayan avşar tirələri: alvarlı, pirili, mehdili, dadlı, əzizli və qaraoğlanlı. Aşağı və Yuxarı Zəncanrudda qərar tutan avşar tirələri: almalı, qoluqısalı, iydəli, bəhrəmli, paşalı, məlikli, mustafalı, muxtarlı, xələfli (qaraçəryan kəndində), nəzərli, həşimli, hamamlı, ocaqlı, mollalı, mehrli, zinətli, rəhmanlı, dədəli, radlı. Zəncanın Qənibəyli və Qızılkeçili bölgələrində mehdili, nəcimli, kərimbəyli, nasirli, rzalı, tağılı, şirli, məhərrəmli, musalı, rəhimli, əhmədli, həmzəli, qənili, muğanlı tirələri yaşam sürürlər. Zəncanın Ənquran bölgəsində qaramusanlı, qozlu, gülablı, cahanlı, muğanlı, cumalı, xaslı, bədirli, armudlu, iydəli, iyəli, əhmədli, xocalı, davudbəyli tirələri sakindirlər. Zəncanın Içrud, Səidabad və Qoltuq bölgələrində qərar tutan avşar tirələri: qozlu, qaragözlü, həsənli, çayırlı, həşimli, korhəsənli, nədirli, nəqibli, nəsirli, cəfərli, nağılı, novruzlu, musalı, mahmudlu, məhəmmədli, kavəli, kərəmli, kərimbəyli, əhmədli, yavərli, yektalı, tarlı, pərvizli. Zəncan şəhərinin ətrafında yaşayan avşar tirələri: adnalı, azərli, hasarlı, ağacanlı, ağcalı, ağabəyli, əhmədxanlı, əhmədli, hamamlı, qaraxtılı, imamlı, sarıcalı, almalı, şücalı, şəkərli, nədirli, söhbətli, çapuqlu, həsənli, haqverdili, həmzəli, heydərli, paşalı, əbucanlı, pərçəmli, pənahlı, pirili, tarlı, baratlı, bozquşlu, nəbili, bəyməhəmmədli, bəhrəmli, tohidli, kavəli, kərimbəyli, gövhərli, gəncəli, məhərrəmli, nemətli, mirili, zeynallı, qozlu, müqimli, hadılı, yarılı, kakalı, qaratuşlu, rəcəbli, zəfəranlı, zamanlı, zinətli, rəfili, ramazanlı, muradlı, mədədli, mənsurlu, mollalı. Zəncanın Xürrəmdərə məntəqəsində çıpıqlı, xəlifəli tirələri məskunlaşıblar. Zəncanın Aşağı və Yuxarı Qarapöştə bölgəsidə, Xalxalın Kağızkünan bölgəsinə sərhəd ərazilərdə köç-düşlə məşğul olan Avşar elinin tirələri: heydərli, musalı, rüstəmli, bəndəli, rəsullu, zareli, rəşidli, rzalı, bəyməhəmmədli, mirzəxanlı, muxtarlı, nəbili, muradlı, pərçəmli, müslümlü, iydəli, məlikli, kazımlı. Xalxalın cənubunda Kağıkünan, Xuruşrüstəm və Şahrud bölgələrində avşar elinin səədli, şatiranlı, təğtəmşili tirələri dövran keçirirlər. Qacar hakimiyyətinə qədər Xalxalın başçıları Avşar elinin Səədli oymağından olublar. Yuxarı Tarom bölgəsində buta bağlayan avşarlar dədəli, səfili, musalı (Çorzəq kəndində), murtuzlu (Dram kəndində), mirzəxanlı, kərimbəyli, nasirli, novruzlu və başqa tirələrdən ibarətdir. Aşağı Tarom bölgəsində isə binə bağlayan avşarlar qulallı, qaradəvəli, mustafalı, zülqədr tirələrindən təşkil olunublar. Əbhərin cənub hissəsində Avşar elinin Inanlı oymağı köç-düşlə məşğuldurlar. Bu oymaq rahatlı, şülkəli, qaracalı, qonqurlu, ağsaçlı, şahverənli, çarıqlı tayfalarına bölünürlər. Onlar Əbhərin cənub hissəsindəki Qamışlı bölgəsindən Qitəliyə qədər, Xərqanın ətəklərindən, Bölük Zəhraya kimi yayılıblar. Qışlaqları Qumun civarından ta Məhəmmədəlixan qalasına qədər ərazilərdir. Ordan da Gedağ bölgəsinə kimi gedirlər. Əbhərin ətrafında avşarların inanlı, balıqlı, iydəli tirələri yaşıyırlar. Oranın Düdəngə bölgəsində inanlılar qərar tutublar. Avşarların qışlaqlarında və Qidar bölgəsində məskunlaşan tirələr: əbucanlı, aslanlı, avşarlı, ağaçıqlı, tohidli, teymurlu, cığlı, çıpıqlı, çirikli, həsənli, xəlifəli, doğanlı, şahverdili, tahirli, abbaslı, isabəyli, qadirli, qaruğlu, qaradolaqlı, keçəlalılı, kürdlü, küşkanlı, gümüşlü, məhəmmədşahlı, məhəmmədli, mehdili, vermanlı, yarəhmədli, yəqinli. Secas bölgəsində avşarların dabanlı, Qidar bölgəsinin ətrafında şıxlı, duraqlı, Bəzinəçayı bölgəsində ağuzlu, əmirli, tozlu, Sultaniyyə civarında sarıcalı, bozğuşlu, yaqublu, Gözəldərə kəndində mehrli, Binab şenliyində pənahlı, Zakir şenliyində salmanlı, usanlı tirələri sakindirlər. Qərbi Xərqan bölgəsində məskunlaşan avşar tirələri: ağçalı, çıpıqlı, qanqanlı, qəmişli. Şərqi Xərqan yörəsində buta bağlayan avşar tirələri: avşar-məhəmməd və başqaları. Takistanın cənubunda Əfşariyyə bölgəsində və Qəzvində yaşayan avşar tirələri: muradbəyli, vəlicanlı, sadıqlı, bəgişli, təkəli və başqaları. Savənin Xərqan bölgəsində dövran sürən avşar tirələri: bəyanlı, yarpızlı. Savənin Zərənd yörəsində qərar tutan avşar tirələri: həfişli, sultanəhmədli, şirəlibəyli, qəmişli, tozlu, musalı, nəzərli, bəyanlı, tohidli, şərəfli, balıqlı. Qorvə bölgəsində avşar elinin guvanlı, pirimli tirələri binə bağlayırlar. Qorvə ətrafındakı tirələrdən bəziləri qışlamağa Qidara gedərlər. Qidara gedən tirələr: qəmçəli, baharlı, çımıqlı, dirəkli, qamlı, giləkli və başqaları. Qızılüzən çayının Bicar bölgəsinə axan hissəsində yaşayan avşarların tirələri: çıpıqlı, qəmişli, iydəli, bəyanlı, qaracalı, qaraməhəmmədli, qıçlı, muğanlı. Quzey Azərbaycanda Avşar elinin Araşlı (Ağcabədi), Qırxlı (Tovuz), Xırmandalı (Biləsuvar, Masallı) oymaqları qərar tutublar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR