Slimfit
  1. ƏDƏBİYYAT

Ənvər Çingizoğlu - Avşarlar/II fəsil (Avşar boyu: öygü, öyüd, onqon, damğa və atributları)

Ənvər Çingizoğlu - Avşarlar/II fəsil (Avşar boyu: öygü, öyüd, onqon, damğa və atributları)
Sakura

Ənvər Çingizoğlu - Avşarlar/II fəsil (Avşar boyu: öygü, öyüd, onqon, damğa və atributları)

Avşar öygüsü

Avşar eli meydana gedəndə baş, mətbəxə gedəndə aş gətirən bir qurum olub. Oğuz boyları içində adıyla, mənzilə varanda atıyla tanınıb. Avşarlar «dad» deyiləndə səf bağlayar, «mədəd» deyiləndə əl saxlayırdılar. Yoldan gələnə çörək, eldən gələnə kömək, beldən gələnə dəstək verərdilər. Qol ucuyla, qılınc gücüylə özlərinə ad, süfrələrinə dad qazanardılar. Vurduğunu yıxar, verdiyini doyurardılar. Sultana vermədiyini mehmana verərdi avşarlar. Tarixin hər dönəmində avşarlar yağıdan öc, yolçudan bac alıblar. Onlarla hesablaşmayan sarvan karvan üstündə, karvan yol üstündə görünməzdi. Çəm-xəmli sarvan şalından, karvan malından olardı. Avşar oğlu çay çevirib, dağ devirərdi. Hirsi tutanda sözündən dönməz, dediyini etməyincə sönməzdi. Qılıncı əlində, atının belində ömür sürərdi. Yatağa yan, yağıya can verməzdi. Gecə başının altına nəzir qoyardı ki, sabah dava olsun. Süpürülmüş yerdən dava kağızı gəzərdi. Hücumuna səngər, həmləsinə sipər dayanmazdı. Avşar oğlundan soruşmuşlar:-«Canını sevirsən, xanını?»- Canımı?-demiş. Ona can etibar etmişlər bəbəyi kimi qorumuş. Başı külahlı, əli silahlı avşar oğlu həmişə el-oba, yurd-yuva qeyrəti çəkib. Sərhəddinə düşmən gələndə peşman qayıdıb. Oğuz anaları o zaman rahatlanardılar ki, avşar oğulları sərhəddədirlər. Onlar bilirdilər ki, ellərinə yağı, dillərinə ağı gəlməyəcək. Evləri yaslı, gözləri yaşlı qalmayacaq. Avşar ataları qızlarını otaqlıya yox, papaqlıya veriblər. Biliblər ki, ər ərsə kol dibində arvad saxlayacaq. Avşar anaları qızlarını dəvəli dəliyə verməyiblər. Duyublar ki, dəvəsi gedəcək, dəlisi qalacaq. Avşar elində varlı-hallı, pulu-mallı adamlar yox, əlli-qollu adamlar seçiblər. El adamları çöldən gələnə ağa yox, qağa deyiblər. Avşar oğulları qurdla yatıb, quşla oyanıblar. Bir gecədə yeddi abadan, yeddi xaraba gəziblər. Qılıncları qın, xoruzları hin tanımayıb. Qənimətə gedəndə yatmayıblar. Yuxunu «kiçik ölüm» sayıblar. Avşar oğlulları çayı dəhnədən, payı təhnədən götürüblər. Bolluq, bostanlıq gördüklərindən cömərd xislətliydilər. Hay deyənə havar, pay deyənə davar verərdilər. Səxavəti ibadətdən üstün bilərdilər. Doğalıdan dövlətli, olalıdan səxavətliyirdilər. Avşar oğlulları savaş günü yağı üstünə gedəndə bağlı qapılar açardılar, qalalara, qüllələrə bayraqlar sancardılar. Atlını atdan salardılar, səngərlər alardılar. Avşar oğlu heç zaman kökünü söyməyib, düşmənini öyməyib. Düşmənə dəm verib, dosta sitəm etməyib. Avşar oğlu halallıq sevib. Ona görə də quzusu quyruq, qızı yüyrük bağlayıb. Ac doyurub, yalavac donadıb. Dulun çəpərini çəkib, kimsəsizin daxmasını tikib. Qırım günü öndə durar, birinci vurardı avşar oğlu. Qaçmağı ar, qəniməti kar bilərdi. Dədəm ölsün, dövləti qalsın-deməzdi. Dədəmə Allah ömür versin, dəyəmə pənah dursun,-deyərdi. Özü qazanıb, qardaşına pay aparardı. Çomağını daşa yavaş, başa bərk vurardı avşar oğlu. Qonşusuna bəlgəmi basma, başın yarılmasın, qolun qırılmasın - deyərdi. Atasını söyənin günahından keçirdi, itini döyənin suçunu bağışlamazdı. Qapısını doğruluqla gələnin köləsi, əyriliklə gələnin bəlası olardı. Atına qardaş deyərdi. Yolçunu yolda qoymazdı. Çaya gələnə çay, paya gələnə də pay verərdi. Avşar-dağ aşar,-deyiblər. Səsi yüksəkdən gələrdi. Uca yerdə yaylar, düzən yerdə qışlayardı. Avşar oğlu heç zaman dayıya arxalanmayıb. Güvənci göydə tanrı, yerdə özü olub. Kürəyini elinə söykəyib, biləyinə güvənib. …Ürəyin qururlu, gözün nurlu olsun, avşar oğlu!

 

Avşar öyüdü

(Avşar marşı)

Haydı, yürüş vaxtı gəldi, Dur, yola çıx, avşar oğlu!

Bir məsəl var eldənqalma Döyüş günü eldən qalma. Haydı, yürü, yoldan qalma, Yolun açıq, avşar oğlu.

Sən doğuldun at üstündə, Ömür sürdün od üstündə Qurdun yaşıl ot üstündə, Ağ alaçıq, avşar oğlu!

Düşəndə düşmən ardına Bənzərsən səhra qurduna Qələbə çal, dön yurduna. Alnı açıq, avşar oğlu.

Haydı, yürüş vaxtı gəldi, Dur, yola çıx, avşar oğlu!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR