Slimfit
  1. ƏDƏBİYYAT

Ənvər Çingizoğlu - Avşarlar/Avşar elinin köçürülməsi və say tərkibi

Ənvər Çingizoğlu - Avşarlar/Avşar elinin köçürülməsi və say tərkibi
Sakura

Ənvər Çingizoğlu - Avşarlar/Avşar elinin köçürülməsi və say tərkibi

Səfəvilər dönəmində avşarların mühim hissəsi Azərbaycandan, o cümlədən Qarabağdan köçürülüb, Iranın müxtəlif əyalətlərində sakin edilmişdir. I Şah Ismayıl Qırxlı oymağını Xorasanın Əbivərd və Mərv vilayətlərinə köçürmüşdü. Qırxlıların çox hissəsi Əbivərdin ətrafındakı Kubəqanda, Miyab Sərçeşməsində yerləşmişdilər. I Şah Təhmasib 10.000 araşlı ailəsini Farsın Kuhgiluyə vilayətinə köçürmüşdü. I Şah Abbasın hakimiyyəti dönəmində köçürülmə siyasət kimi başlıca rol oynayırdı. O, heç bir Qızılbaş elini bir yerdə möhkəmlənməsini istəmirdi. O, araşlıları Xar, Rey və Simnan tərəflərə sürdürmüşdü. Qırxlı oymağından yerdə qalanlarını da Əbivərd ətrafına göndərmişdi.1596-cı ildə Ismayıl xan Alplının başçılığı altında avşarlar özbəklərə qalib gəldikdən sonra I Şah Abbas Iranın qərbindən 1500 avşarı Qoçan, Bocnurd, Dərgəz, Kəlat və Sərəxs sərhədlərinə köçürdü. Köçürülmə siyasəti Nadir şah dövründə də davam etmişdi. Nadirqulu xan qaynı və sərkərdəsi Lütfəli bəy Kosaəhmədliyə tapşırmışdı ki, 12 min ailəni Urmiya avşarlarından, Marağa müqəddəmlərindən, Sayınqaladan, 2 min ailə qırxlı oymağından köçürüb Xorasanın Əbivərd ətrafında yerləşdirsin. Onların köçürülməsi üçün 100 min Təbriz tüməni xərclik vermişdi. (Bax: Mirzə Rəşid Ədibüşşüara, Tarixi Əfşar, Təbriz, «Şəfəq», 1346 hicri şəmsi, səh.77-78). Aşur xan Babalı-Avşar 1734-cü ildə Nadir şahın əmri ilə avşarlardan 3 min ailəni Xorasana köçürmüşdü. (Bax: Məhəmmədhüseyn Qüddusi, Nadir şah, Bakı, 1999, səh.123.). Tarixçi Məhəmmədhüseyn Qüddusi daha sonra yazır: «Nadir Azərbaycanı tərk edərkən əmr verdi ki, Azərbaycan və Iraqi-Əcəmdən 50-60 min ailəni Xorasana köçürsünlər. Onlardan 12 min ailədən çoxu avşarlardan idi. Bu köçərilərdən min ailə avşarların Kərgərli (Qırıxlı, Qırıqlı) qolundan idi. Onlardan Kəbkan və Miyab ətrafına göndərdilər. Avşarların qalanları Kəlat və ətrafında yerləşdilər. Min nəfər azərbaycanlı cavanı Nadir öz qoşununa götürdü». (Bax: Məhəmmədhüseyn Qüddusi, Nadir şah, Bakı, 1999, səh.44.). Azərbaycan tarixçisi Rəşid bəy Ismayılov yanlışlıqla qeyd edir ki, avşarlar Qarabağa və digər yerlərə Nadir şahın hakimiyyəti dönəmində Xorasandan köçüblər. O, avşarlar haqqında yazır: «Əfşar» tayfası Xorasan vilayətində iqamət edərmiş. Nadir şah zamanı bu tayfanın «Əfşar» və «Qıraxlı» qəbilələri Azərbaycana köçmüşlər. Quba və Cavad qəzalarında «Qıraxlı» və Qarabağ qəzasında «Əfşar» nam kəndlərdə bu tayfa yurdlaşmışdır». (Bax: Rəşid bəy Ismayılov, Azərbaycan tarixi, Bakı, 1993, səh.22). Bu kimi yanlışlığı tədqiqatçı Məhəmmədhəsən Vəlili də təkrar etmişdir. O, yazır: «Qayılardan Əfşar və ya Ovşari qəbiləsi, Əbülqazi Bahadır xanın dediyinə görə, «əcələ ilə yapan» deməkdir. Bunlar da Cəlairi türklərindən olub, ilk əvvəl Xorasanda, Iraq və Anadoluda otururdular. Nadir şahın zamanında isə Azərbaycana hicrət etdilər. Əfşarlar iki yerə təqsim olunurlar: biri afşarlar, digəri qırağlılar. Indi onlara Quba, Cavad qəzalarındakı Qırağlı kəndlərində və Şuşa qəzasının Afşar kəndində təsadüf edə bilərik». (Bax: M. Vəlili, Azərbaycan-coğrafi-təbii etnoqrafik və iqtisadi mülahizat. Bakı, 1993, səh.49). 1727-ci ilə bağlı Osmanlı qaynağında hazırkı Ağcabədi bölgəsindəki Avşar kəndi yaşayış məntəqəsi kimi qeyd olunub. Digər Avşar kəndləri Azərbaycanda, obrazlı desək, hələ «Nuh əyyamı»ndan bəri mövcuddur. Avşarları oturaq və köçəri zümrələrə bölən ünlü tədqiqatçı Faruq Sümer xüsusi qeydiyyat aparmışdır. O, yazır ki, hazırda Irandakı avşarların çoxu oturaq həyata keçmişlər. Onlara Iranın təxminən hər yerində təsadüf edilməklə bərabər kompakt olaraq Urmiya və Xəmsə (Zəncan), Həmadan ilə Kirmanşah arasındakı Əsədabad yörəsindəkilər təmamilə oturaq həyata keçmişlər. Farsdakı inanlu (inallu) elatı arasında görünən avşar uşağı da oturaq həyata keçmişdir. Xuzistandakı gündüzlü avşarları, Kuhkiluyədəki ağacəri (ağac əri) elatı arasındakı avşar oymağı ilə Kirmandakı 5000 çadırlıq avşar təşəküllü hələ də köçəridirlər. Bunlardan başqa, Qəzvinin cənub-qərbində 97 kəndlik Əfşar adlı bir qəza var. (Bax: F. Sümer, Oğuzlar, 1992, səh.285-286). Keçək avşarların say tərkibinə. Avşarların ən çox cəmləşdiyi nə Türkiyədə, nə Iranda, nə Azərbaycanda, nə Əfqanıstanda, nə də Suriyada özəl olaraq bu elin say tərkibi dövlət tərəfindən öyrənilməmişdir. Yalnız bəzi tədqiqatçılar avşarların sayını öyrənməyə səy göstərmişlər. Faruq Sümerin kitabından öyrəndiyimiz bilgiyə görə, XIX yüzilliyin birinci yarısına aid «Universal coğafiya»da avşarların sayı 90.000 göstərilir və başda Urmiya olmaq üzrə onların Xuzistan, Fars və Mazandaranda yaşadıqları yazılır. Iran müəlliflərindən Mənüçehr Əfşar 1925-ci ildə çap etdirdiyi məqaləsində alman tədqiqatçılarından Şpingelin yazılarına istinad edərək, Iran avşarlarından 88 min ailə olduğunu göstərmişdir. Onlardan Urmiya vilayətində 25 min, Sayınqala və Zəncan vilayətlərində 10 min, Həmədanda 7 min, Qəzvində 5 min, Tehran və Rey ətrafı bölgələrdə 7 min, Mazandaranda 7 min, Xorasanda 7 min, Kirmanda 6 min, Xuzistanda 10 min və Farsda 5 min ailənin sakin olduğu qeyd edilmişdir. Fars əyalətindəki avşarların sayının 5 min ailə göstərilməsi T. Ə. Ibrahimova (Şahinə) görə, dəqiq deyil. Tədqiqatçının göstərdiyinə əsaslansaq elə XX yüzilin 20-ci illərində təkcə inallı tayfası 5 min ailədən ibarət idi. Tədqiqatçı Faruk Sümer «Oğuzlar» adlı sanballı əsərində yazır: «19. yüzyıl başlarında İran ’ da bulunduğu sıralarda bu ölkedeki Türk oymakları ile ilgili bir liste hazırlayan A. Dupre, bir çok bölgede Afşarlardan bahsederek nüfuslarını da bildirmiştir. Ancak Urmiye hariç alt oba isimleri verilmemiştir. Bu bilgilere bakacak olursak, Azerbaycan ve bilhassa Urmiye yöresinde oturan Afşarlar, Kasımlı ve Araşlı adlarıyla iki kola ayrılmakta ve Karaçlu, İmamlı, Davutlu, Haydarlı, Yorganlı, Usallu, Kılıçlı, Ganibeyli, Hasansalı, Kileli, Yeberla, Tutmaklı, Adaklı, Kuhgiluyeli, Karahasanlı, Alibekli, Terzili ve Şahburanlı adlı obalara bölünmektedir. Nüfusları ise 25.000 kişidir (Bu ve bundan sonraki sayılara kadın ve cocuklar dahil değildir). İran ’ ın diğer sahalarına gelince, Hamse ’ de (Kızılözen kıyılarından Sultaniye ve Sayınkale ’ ye kadar uzanan Zencan toprağında) 10.000 kişi, Kazvin çevresinde (başlıca Çal ve Huar yörelerinde) 5.000 kişi, Hemedan çevresinde 7.000 kişi, Tahran ’ ın bulunduğu Rey bölgesinde 7.000 kişi, Huzistan ’ daki Şuşter yakınlarında 10.000 kişi, Kirman ’ da 6.000 kişi, Horasan ’ da 8.000 kişi, Fars ’ ta 5.000 kişi, Mazenderan ’ da 5.000 kişi olmak üzere toplam 88.000 kişi nüfusları vardır. Bu sayı ile Afşarlar, İran ’ da bulunan Türk oymaklarının başında geliyor. Isfahan ’ ın Fereyden bölgesinde 4-5.000 nüfusa sahip İnallılar ile Horasan ’ ın Kelat bölgesinde yaşayan Celayirliler den de bilgi alıyoruz. (Sümer, Oğuzlar, s.354-55, 357, 360) Aynı yüzyılın ortalarında İran ’ daki Türklerle ilgili diğer bir liste de Lady Shell ’ e aittir. Buna göre, herhangi bir boy adı zikretmeden kaydettiği Afşarlar, Urmiye ’ de (Kasımlı ve Araşlı olmalı) 7.000 ev, Mazenderan ’ da 100 ev, Tahran-Kazvin arasında 900 çadır, Hamse ’ de 200 ev ve Kirman ’ da 1.500 ev nüfusa sahiptir. Ayrıca Araşlı Avşarının bir kolu olan Mahmutlu obası Meraga ’ da 2.500 ev, İmamlı Avşarı Mazenderan ’ da 50 ev, Usanlu Avşarı Mazenderan ’ da 50 ev, Har ve Demavent ’ te (Tahran civarı) ise 1.000 çadır ve ev, Afşar Şahsevenleri Hamse ’ de 2.500 çadır, Kaçar-Afşar (Türk ve Leklerden oluşmuş bir oymak) Fars ’ ta 100 ev, İnanlu Darab ve Fesa ’ da 4.800 çadır ve ev, Horasan ’ ın Kelat-ı Nadiri ’ de yaşayan Celayirliler ise 1.500 ev nüfusa sahip görünüyordu. (Sümer, Oğuzlar, s.361-64). Avşarların Heydər-Məhəmmədşahlı, Səfiqulu uşağı, Cahanşahlı, Mollatarxanlı, Sultanəlili, Mirikitli, Ata uşağı, Pirmuradlı, Cəlalili, Xələc. Əşrəfli, Qasımlı, Mircanlı, Kəmərbəstili, Hamazlı oymaqlarının sayı 0, 5 milyon hesab olunur. Hazırda avşarların hazırda sayı milyonlarladır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR