Slimfit
  1. MARAQLI

Ens.az elmi-populyar və ensiklopedik məqalələr üzrə müsabiqə elan edir

Ens.az elmi-populyar və ensiklopedik məqalələr üzrə müsabiqə elan edir
Sakura

Ens.az elmi-populyar və ensiklopedik məqalələr üzrə müsabiqə elan edir

Ens.az elmi-populyar və ensiklopedik məqalələr üzrə müsabiqə elan edir

Ens.az xəbərlər və ensiklopediya saytı elmi-populyar və ensiklopedik mövzuda məqalə müsabiqəsini elan edir. Bu istiqamətlərdə məqalələr qəbul edilir:

  • ensiklopedik;
  • elmi-populyar.

Müsabiqədə seçilmiş ən yaxşı məqalələr saytın ensiklopedik hissəsinə əlavə olunacaq. Məqalələrin qiymətləndirmə meyarları bunlardır:

  • xarici dillərdə olan məqalələrin keyfiyyətli şəkildə tərcümə olunması;
  • oxucu üçün faydalılıq səviyyəsi;
  • dilimizin normalarına əməl olunması səviyyəsi;
  • məqalənin mövzunu əhatə etmə, araşdırma səviyyəsi.
  • müsabiqədə ancaq Azərbaycan dilində olan məqalələr qəbul olunur.

Müsabiqə yanvar ayının 10-dən başlayacaq və mart ayının 10-a qədər davam edəcək. Mart ayının 15-də isə qaliblər elan olunacaq. Müsabiqədə hər iki istiqamətdə 1-ci, 2-ci və 3-cü yerin qalibləri hədiyyələrlə təltif olunacaqlar.

Müsabiqənin münsifləri:

  • Quliyev Elsevər Nizami oğlu – Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi, İqtisad Elmləri üzrə Fəlsəfə Doktoru;
  • Süleymanov Kamil Mürsəl oğlu – Azərbaycan Texnologiya Universitetinin dosenti, Riyaziyyat Elmləri üzrə Fəlsəfə Doktoru;
  • Həsənov Ayaz Fərrux oğlu – Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, Texnika Elmləri üzrə fəlsəfə doktoru.

Məqalələrinizi sayta əlavə etmək üçün bunları etmək lazımdır:

  • ens.az saytında qeydiyyatdan keçmək;
  • Profil məlumatlarını düzgün doldurmaq;
  • Redaktor panelindən məqalə redaktorluğu üçün müraciət etmək;
  • Müraciətiniz təsdiqləndikdən sonra, məqalənizi redaktor panelindən əlavə etmək.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR