Slimfit
  1. DÜNYA

“Eni” konserni son üç ildə Misirə təqribən 13 milyard dollar sərmayə yatırıb

“Eni” konserni son üç ildə Misirə təqribən 13 milyard dollar sərmayə yatırıb
Sakura

“Eni” konserni son üç ildə Misirə təqribən 13 milyard dollar sərmayə yatırıb

İtaliyanın “Eni” neft-qaz konserninin son üç ildə Misirə yatırdığı investisiyaların həcmi 13 milyard dollara çatıb.

AZƏRTAC xəbər verir ki, bunu “Eni” şirkətinin başçısı Klaudio Deskaltsi Qahirədə Misirin Baş naziri Mustafa Madbuli və neft və mineral ehtiyatlar naziri Tarik Al Mulla ilə görüşündə bildirib. Onun sözlərinə görə, Misir konsernin böyük məbləğdə investisiya yatırmaqda maraqlı olduğu ilk ölkələrdən biridir. O vurğulayıb ki, “Eni” şirkətinin Misirə yatırılan investisiyaları artırmaq üzrə cəsarətli planları var. “Zöhr” yatağında qaz hasilatı böyük sürətlə davam edir, hasilatın həcmi durmadan artır.

İtaliya konserninin Misir ərazisində fəaliyyətini yüksək qiymətləndirən Baş nazir Mustafa Madbuli qeyd edib ki, ölkə hökuməti “Eni”nin fəaliyyətini hərtərəfli dəstəkləməyə hazırdır və konsernin fəaliyyəti prosesində yaranan hər hansı maneəni aradan qaldırmaq üçün hər cür səy göstərəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR