Slimfit
  1. MARAQLI

Enerjinizi bu cür gücləndirin - 18 qızıl qayda

Enerjinizi bu cür gücləndirin - 18 qızıl qayda
Sakura

Enerjinizi bu cür gücləndirin - 18 qızıl qayda

Hər bir insanın öz energetikası var. Bu söz insanın içərisində olan, həmçinin, ətraf aləmə yaydığı enerjini ifadə edir. Həyat keyfiyyətinin yaxşı olması üçün energetika yüksək səviyyədə, daxili enerji ehtiyatı dolu, ötürdüyünüz enerji isə müsbət olmalıdır. Daxili harmoniya buradan başlayır, bütün işlər uğurla gedir, ən başlıcası səhhətiniz əsl səadət həddinə yaxınlaşır.

Publika.az bu yazıda oxuculara daxili balansı təmin etməyin yollarını ilə izah edib.

Energetika kimi qəribə terminlərin sizdən uzaq olduğunu düşünürsünüzsə, yanılırsınız. Mənəviyyatın inkişaf etdirilməsi praktiki olaraq hər gün sizinlədir. Biz hər gün seçim qarşısında qalırıq - yaxşılıq etmək və ya kiməsə mənfi ötürmək. Nəticədə fəaliyyətinizin mükafatlarını qazanırsınız.

Enerji inkişafını çox ləziz şirniyyatla müqayisə etmək olar. İçəridə içlik olduğunu bilirsiniz, tortun görünüşü sizə çox maraqlı görünür. Uzun müddət bu məhsullar haqqında təxmin yürüdə bilərsiniz, amma cəhd etməyənə qədər dadını və verdiyi həzzi bilə bilmərsiniz. Odur ki, enerji artırmanın bu yollarını nəzərdən keçirin, bəlkə də onlardan biri qəlbinizin dərinliklərinə işləyəcək.

1. Oruc

2. Nəfəs məşqləri

3. Yalnızlıq

4. Müəyyən bir müddət susqunluq

5. Dənizdə, dağlarda gəzmək

6. Təbiətin gözəl mənzərələrini seyr etmək

7. Qərəzsiz və parlaq yaradıcılıq

8. Yüksək keyfiyyət və layiqli əməllərinə görə şəxsiyyətin mədh edilməsi

9. Təbəssüm, sevinc, ürəkdən qəhqəhə

10. Kiməsə yardım əlini uzatmaq

11. Təvazökarlıq

12. Dua

13. Sağlam qidalanma: təbii taxıl, taxıl, meyvə, tərəvəz və s. faydalı məhsullar daxilinizi həyat enerjisi ilə doldurur.

14. Axşam saat ondan gecə ikiyə qədər olan dövrdə səhər yatmaq. Sinir sisteminin tam istirahəti və bərpa edilməsi üçün bu, çox vacibdir.

15. Rahatlaşdırıcı masaj sadəcə bədən üzvlərini deyil, beyninizi də sakitləşdirəcək. Özünü masaj edin.

16. Soyuq su ilə bir neçə dəqiqə duş qəbul etmək.

17. Başqa bir insanın xeyrinə vaxtınızı qurban verin.

18. Ədalətsizliyi sizin üçün göndərilən sınaq olaraq qəbul etmək

Bu siyahını daha da uzatmaq olar. Şəxsiyyətin inkişafı və özünü həyat enerjisi ilə doldurmağın bir çox yolları var. Əgər həyatınızda işləriniz qaydasında getmirsə, bəlkə də bu, mənəvi inkişafla məşğul olmaq üçün göndərilən bir işarədir. Bəlkə də bir çox problemlər elə burada qaynaqlanır, maddi dünyada biz tez-tez mənəvi inkişaf barədə unuduruq. Odur ki, daxili səsinizi dinləyib “Daha yaxşı olmaq istərdinmi?” sualına səmimi cavab verin və enerji baxımından güclü və balanslı bir insan olun.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR