Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Enerjini artırmaq üçün bu 9 qidadan yeyin

Enerjini artırmaq üçün bu 9 qidadan yeyin
Sakura

Fəal olmaq üçün qəhvəni nə ilə əvəz etmək olar

Ens.az bildirir ki, gündüz gümrahlanmaq üçün latte içmək vacib deyil. Bu qidalardan birini atışdırsanız yetər.

Fındıq, qoz və ləbləbi

Sağlamlığa faydaları haqqında nə qədər danışsalar da, biz tez-tez bu xırçıldayan xırda və qiymətli "daşları" unutmağı bacarırıq. Bir ovuc çiy duzlanmamış badam, qoz, fındıq və ya püstə ilə bir fincan qəhvədən sonra nə qədər enerjili olursansa həminki təravət əldə edəcəksiniz, özü də bədəninizdə şəkərin səviyyəsi düşmədən. Qoz və fındıq qanda şəkərin səviyyəsini sabitləşdirən, normadan artıq olduqda aşağı salan sağlam piylərin və zülalların mənbəyidir. Günə başlarkən bu məzələrlə qəlyanaltı sizi gün boyu tox saxlaya bilər.

Portağal

Şam yeməyi ərəfəsindəsinizsə, portağal yeyin. Cəsarətiniz yetirsə, ədviyyatlı şirin dad almaq üçün üzərinə bir qədər çili bibərinin tozundan səpin. Portağalın tərkibində olan C vitamini, oksigenin bütün bədənə və beyinə dövr etməsinə kömək edir və enerji verir.

Balıq

Sehrli bir qida mənbəyi olan balıq, beyin hüceyrələrini qoruyan və daha yaxşı işləməsinə kömək edən omeqa-3 yağ turşuları ilə zəngindir. Özünüzü süst, əzgin hiss edirsinizsə, bir az bişmiş qızılbalıq hazırlayın. Balıq yalnız gümrah verən deyil, həm də yüngül qidadır.

Qaragilə

Bu giləmeyvə çox dadlıdır, bundan əlavə təkibində sinir hüceyrələrimizə kömək edən bir çox antioksidan var ki, onun təsiri beynimizin daha rahat, gərginlikdən uzaq işləməsinə dəstək olur. Bundan başqa qaragilə bizi özümüzü daha gümrah hiss etməyimizə səbəb olur.

Avokado

Avokado, əla bir məhsuldur, çünki onunla qidalanmaq sağlam olmayan yağların yığımasına səbəb olmur, əksinə doymamış yağlarla zəngin bir enerji gücləndiricisidir. Avokadolarda B vitaminləri də var, idman salonunda məşq edənlər, ümumiyyətlə fiziki güc sərf edilən sahələrdə çalışan insanlara işə başlamazdan öncə istifadəsi tövsiyə olunur. B qrupu vitaminləri təbii olaraq enerji səviyyəsini artırır, buna görə nahar zamanı səhər yeməyinizə və ya salatınıza bir az avokado əlavə etməyə çalışın.

Qarpız

Qarpız piknik üçün idealdır. Bu çəhrayı bir sıyıq kimi görünə bilər, amma əslində tərkibi B vitaminləri ilə zəngindir. Qarpız həmçinin elektrolit kaliumuyla (idman içkiləri elektrolitlərlə zənginləşirlər) doludur, ona görə sizi əldən salan ağır bir günün sonunda yorğunluq hiss etməyəcəksiniz. Bir qarpızdan maksimum yararlanmaq üçün onu salatla yeyin və ya suyunu şirə kimi içinç (qarpız + reyhan = cənnət).

Brokoli

Bu ağac kimi tərəvəzlər C vitamini, lif, dəmir, beta-karotin, antioksidanlar və xrom ilə çox zəngindir. Xrom qanda şəkərin tənzimlənməsinə kömək edir ki, özünüzü yüksək funksional insan kimi hiss edəsiniz. Brokkolini hazırlayanda çox qızartmayın, çünki bu, faydalı xüsusiyyətlərinin itməsinə səbəb olur.

Kinoa

Rasionunuzda mütləq karbohidratlar olmalıdır və mürəkkəb karbohidratlar bədəndə möcüzələr yarada bilər. Ağıllı karbohidrat qəbulu serotonin səviyyəsini artıra bilər ki, bu da sizi daha xoşbəxt edəcək və enerjinizi artıracaqdır. Kinoa yalnız zülalları deyil, bütün doqquz vacib amin turşularını ehtiva edir və hər porsiya üçün yüz miliqram maqnezium təmin edir.

Paxla

Sizin vegetarian olub- olmağınızdan asılı olmayaraq ət yeməyinin əla əvəzedicisidir. Bu qida növü yüksək proteinlidir, onların da yağları var, amma zərərsiz və "yaxşı" yağlar. Müsbət cəhətlərindən biri isə odur ki, onlar aşağı glisemik indeksə malikdirlər və bu enerji səviyyəsinin sabitləşməsinə kömək edir. Najar zamanı salatınıza bir az qara paxla əlavə etsəniz sonra kompyuter arxasında sizi yuxu tutmaz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR