Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

"Enerji içkiləri" təhlükəyə yol açır, arterial hipertenziyanın yaranmasına səbəb olur - Həkimdən ÇAĞIRIŞ

"Enerji içkiləri" təhlükəyə yol açır, arterial hipertenziyanın yaranmasına səbəb olur - Həkimdən ÇAĞIRIŞ
Sakura

"Enerji içkiləri" təhlükəyə yol açır, arterial hipertenziyanın yaranmasına səbəb olur - Həkimdən ÇAĞIRIŞ

Son illər gənclər arasında enerji içkilərinə qarşı marağın kəskin artması cəmiyyətdə həyəcan siqnalını işə salıb. “Qanadlandıran” “Red Bull”, “Burn”, “Bizon”, “Gorilla”, “Hell”  və sairə kimi müxtəlif adlarda buraxılan, insan orqanizmi üçün zərərli olan enerji içkilərinin satışına heç bir məhdudiyyət qoyulmaması bu içkiləri daha da əlçatan edib. Enerji içkiləri ilə bağlı reklam kampaniyalarının gücləndirilməsi də yeniyetmələrin, xüsusən gənclərin belə içkilərə aludəçiliyini artırıb. Kefi olmayanda, halsız olanda hər gün ən az 3 enerji içkisi içənlərin, bununla “özünə gəldiyini, yaxşı hiss etdiyini” düşünənlərin sayı gündən-günə çoxalır. Mütəxəssislər isə bildirirlər ki, enerji içkilərinə vərdiş etmiş insanlar onlardan istifadəni dayandıran zaman özlərini yorğun, halsız və əsəbi hiss edirlər, iş qabiliyyətləri çox aşağı düşür. Təəssüf ki, enerji içkilərinin insan orqanizminə verdiyi ziyan bunlarla kifayətlənmir... 

Ens.az-ın məlumatına əsasən,tanınmış qastroenteroloq-hepatoloq Mətanət Cəfərova Pravda.az-a müsahibəsində bu barədə daha ətraflı məlumat verib. 

Həkim bildirib ki, adları “enerji içkisi” olsa da, əslində bu cür içkilərin tərkibində orqanizmə enerji verən xüsusi bir maddə yoxdur: “Bu içkilərin tərkibində hamımızın tanıdığı kofein və zülal sintezində iştirak edən taurin maddəsi var. Kənardan həddindən çox miqdarda taurin qəbulu zamanı zülal sintezi artır. Kofein və digər qatqılar xüsusən ürək, qan-damar sisteminə ziyan verməklə yanaşı, qaraciyər piylənməsini artırır. Paralel olaraq qanda lipid mübadiləsini pozur, nəticədə qanda xolesterinin pis fraksiyası olan LDL fraksiyası artır. Bu da dolayı yolla ürək, qan-damar sisteminə mənfi təsir edir. Eyni zamanda pasientlərdə insulin dirənci, şəkərli diabet riski, nevroloji xəstəliklərə və piylənməyə meyillilik artmış olur. Bu xəstələrdə daha çox qaraciyərdə yağlanmaya bağlı baş verən iltihabi reaksiyalar, yəni steato hepatitlər yaranır. Enerji içkilərinin davamlı, hər gün mütəmadi, fasiləsiz istifadəsi xəstələrdə arterial hipertenziyanın yaranmasına, böyrəküstü vəzinin funksiyasının pozulmasına, hormonal sferaya, yəni qadınlarda estrogenlər, kişilərdə testosteron ifrazına da təsir edir. Bu içkilərin tərkibində eyni zamada şəkərin və dadlandırıcıların miqdarının həddindən artıq çoxluğu mədəaltı vəzidə insulin ifrazının artmasına səbəb olur ki, bu da insulin dirənci və şəkərli diabetin yaranmasına gətirib çıxarır...” 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR