Enerji
Enerji (ἐν = daxili,və ἔργον = təsir etmək) fiziki kəmiyyətdir. Onun işarəsi E-dir. Ancaq çox vaxt müxtəlif enerji növləri üçün başqa işarələmələrdən də istifadə olunur. Sİ ölçü sistemində enerji Coul ilə ölçülür. Enerji fizikada verilmiş sistemin iş görmə qabiliyyəti kimi başa düşülür. Enerji müxtəlif formalarda yarana bilir.
Enerji anlayışı 1852-ci ildə ilk dəfə şotlandiyalı fizik Con Rankinetərəfindən tətbiq edilir. Burada məqsəd qüvvəni daxili təsirdən fərqləndirmək idi. Qabaqlar enerjini qüvvə növü kimi səciyyələndirirdilər, məsələn,
"saxlanmış qüvvə" kimi. Bu bir tərəfdən fiziki olaraq səhv olmuş, digər tərəfdən yalnız mexaniki enerjiyə aid edilə bilərdi. Başqa enerji (termiki, kimyəvi və b.) formalarında qüvvənin tətbiqi mənasız idi.
Enerji formaları
Fiziki proseslərdə bir neçə enerji forması mövcuddur. Onları bir neçə qrup daxilində birləşdirmək mümkündür. Enerji forması onun daxil olduğu qrupdan asılı olmayaraq sistemin halını göstərən xarakteristik kəmiyyətdir. Burada enerjinin saxlanması qanunu hökm sürür, yəni qapalı sistemin ümumi enerjisi həmişə sabitdir. Yalnız sistemə kənardan təsir etdikdə (əlavə enerji verdikdə) onun ümumi enerjisi dəyişir.
Mexaniki enerji
Mexaniki sistemin enerjisini kinetik və potensial enerjinin cəmi kimi təsvir etmək olar. Bu iki məvhum klassik mexanikanın bütün sahələrində tətbiq olunur.
- Kinetik enerjiyə həm də hərəkət enerjisi deyilir. Bu bir sistemin başqa sistemə nisbətən hərəkəti zamanı öz kütləsi ilə təyin
olunur və fırlanma və düzxətli enerjilərin cəmindən ibarət olur.
- Potensial enerji həm də vəziyyət enerjisi adlanır. Mexanikada əgər bir sistem qüvvə təsiri altına düşürsə (məsələn, yerin qravitasiya sahəsi)onda potensial enerji yaranır.
Elektrik enerjisi
- Elektrik enerjisi elektrik yüklərin elektrostatik sahədə malik olduqları potensial enerjisir. Onları ancaq böyük həddə saxlamaq mümkün deyil.Elektrik stansiyalarında və batareyyalardan bu enerji istilik və yakimyəvi enerjidən alınaraq istehlakçılara çatdırlır və orada başqa enerji formalarına çevrilir. Maqnit enerji yalnız maqnit sahələrdə mövcuddur.
Daxili enerji
- Termiki enerjinin, maqnit sahəsində yaranan enerji, kimyəvi və atomar enerjilərin cəmi daxili enerji adlanır. Burada söhbət kinetik və potensial enerjidən kənara çıxır. Ona çox vaxt molekulların kinetik enerjiləri və onların qarşılıqlı potensial enerjilərinin də cəmi kimi baxılır.
Istilik enerjisi
- Termiki və ya istilik enerjisi materialın tərkibində atom və ya molekulaların qarışıq (xaotik) hərkəti zamanı yaranır. Termiki enerjinin yaranması termodinamikada bəhs olunur. Buna misal olaraq buzun əriməsi və buxarın əmələ gəlməsində enerjinin daxil edilməsi zamanı baş verən prosesləri göstərmək olar.
Enerji istehlakçısı
BP şirjkətinin tədqiqatına görə 2010-cu ilin yekununa görə Çin dünyada enerji istehlakına görə birinciliyə çıxdı. Çin dünya enerji istehlakının 20,3%, ABŞ isə 19%. malikdir. Ötən ilə qədər bu birincilik ABŞ-da idi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət