Slimfit
  1. İQTİSADİYYAT

Energetika nazirinin müavini Gədəbəydə vətəndaşları qəbul edəcək

Energetika nazirinin müavini Gədəbəydə vətəndaşları qəbul edəcək
Sakura

Energetika nazirinin müavini Gədəbəydə vətəndaşları qəbul edəcək

Avqustun 16-da energetika nazirinin müavini Elnur Soltanov Gədəbəy şəhərində Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək. 

Bu barədə “Report”a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəbul saat 13:00-da Gədəbəy rayonu Heydər Əliyev prospekti 1 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin minenergy@minenergy.gov.az elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Seymur Bağbanlı), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs Famil Əliyev, əlaqə telefonları: (050) 235 17 57, (055) 573 17 57), elektron poçt ünvanı: office.ganja@regulator.gov.az, ganja@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR