Endirim anlayışı moda sektoruna faydamı, yoxsa zərərmi gətirir? - Ens.az - 4 dildə xəbərlər və ensiklopediya, ən son xəbərlər, en son xeberler
Slimfit
  1. PSİXOLOGİYA

Endirim anlayışı moda sektoruna faydamı, yoxsa zərərmi gətirir?

Endirim anlayışı moda sektoruna faydamı, yoxsa zərərmi gətirir?
Sakura

Endirim anlayışı moda sektoruna faydamı, yoxsa zərərmi gətirir?

Moda sektorunun qarşı qarşıya qaldığı ən böyük problemlərdən biri depoda qalan məhsullardır. Depoda qalan məhsulların çox böyük bir qismi vaxtı keçmiş sezon məhsullarıdır və satılmayan hər məhsulun dəyəri gün keçdikcə azalır.

Bununla yanaşı pandemiyadan sonra sezonu keçmiş məhsulların qoyulduğu depolar, markalar üçün maliyyə baxımından da ayrı bir problem yaradır.

Sonsuz endirim dövrlərinin başlanğıcı sayılan 2008-ci il iqtisadi böhranında olduğu kimi, markalar da bu dövrdə ilk çarə olaraq böyük endirimlərə müraciət etdilər. Hazırda bu strategiyanın, ən azından qismən faydalı olduğu görünür.

McKinsey-in hesabatına görə, alıcıların 56%-i bu dövrdə xüsusi endirimlər əsasında alış-veriş edir. Lakin nağd pula ehtiyac duyan markalar üçün ilk növbədə böyük fayda gətirən bu vəziyyət uzun müddətdə ciddi problemlərə səbəb ola bilər.

Markaları gözləyən ən böyük təhlükələrdən biri endirimlərə öyrəşmiş istehlakçıların böhrandan sonra həqiqi etiket qiymətini ödəməyə hazır olmama ehtimalıdır. Digər bir tərəfdən, böyük endirimlərin xüsusilə lüks markaların imici üçün çox təhlükəli olmasıdır. Bu markalar ucuzlaşan qiymətləri ilə istehlakçıların gözündə bir növ özlərini adiləşdirirlər.

Wharton Universiteti marketinq şöbəsinin professoru Barbara Kahn-a görə, hər kəsin endirim etməsi bu markaları da eyni yolu getməyə məcbur edir, çünki əks halda onlar satış edə bilməyəcəklər. Bu nöqtədə isə alternativ endirim metodları meydana çıxır.

Məsələn, son dövrün ən populyar markalarından Mansur Gavriel, hər həftə sadəcə müəyyən bir rəng qrupuna və Rosie Assoulin isə yalnız bir məhsula endirim edir. Bütün bunların edilməsində əsas məqsəd endirimlərin normaya çevrilməsinin qarşısını almaq və “xüsusi hal” kimi təqdim etməkdir.

Mənbə: Facemark.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR