Dərc edildi: Baxış sayı: 580
Əndəlib Qaracadaği - Tarı bilsin, hicr bizar eyləyib candan məni
Tarı bilsin, hicr bizar eyləyib candan məni,
Ey əcəl, imdad qıl, qurtar bu hicrandan məni.
Qarə olsun ruzigari, həm pərişan xatiri,
Ayıra hər kimsə, ol zülfi-pərişandan məni.
Bülbüli-şuridəni gəl, mən təsəvvür eyləyib,
Mən qılma, bağiban, seyri-gülüstandan məni.
Aşiqəm, didar ku, ya kafərəm zünnar ku?
Tutma sən xaric müsəlmandan məni.
Qümri tək boynuma sallam həlqeyi-geysulərin,
Salmasa o sərvqəd ayrı gülüstandan məni.
Mətləb oldur, bəlkə, yarın könlünə təsir edə,
Əndəlibəm, mən qılma ahü əfgandan məni.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət